Baş Prokurorluq:
"Mahir Xəttab Ramiz Göyüşovdan 2 min manat alarkən yaxalanıb"
Mahir Xəttab
"Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb.
Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir".