Ramiz Göyüşov YAP-dan çıxarılıb
Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilib.
Bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
R.Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə bu il iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Ramiz Göyüşovun qeyri-əxlaqi videogörüntüləri yayılıb./report
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: