“Türkdilli iş adamları Qarabağda iş yeri yaratmağa hazırdır”-
Mikayıl Cabbarov
“Biz bu günü onilliklər ərzində gözləmişik. Cənab prezidentin rəhbərliyi ilə Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni yerinə yetirib”.
Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına həsr olunmuş Türkdilli Dövlətlərin Biznes Forumunda deyib.
“Türkdilli ölkələr Azərbaycanın bu haqq işinə dəstək veriblər. Türkdilli iş adamları cənab prezidentlə görüşüb və Qarabağın bərpasına, orada iş yerlərinin yaradılmasına hazır olduqlarını bildiriblər. Qarabağda həyata keçirilən layihələr biznes - investisiya imkanıdır”, - deyə o qeyd edib.
Oxunub: 182
Xəbəri paylaş
Paylaş: