Dustumdan BMT-yə çağırış: "Fəlakət yaxınlaşır"
Əfqanıstanın keçmiş vitse-prezidenti marşal Əbdül Rəşid Dustum BMT-yə müraciət edib.
O, Pəncşir vilayətinin şimalında Talibanın etnik təmizləmə apardığını bildirib:
“Mən BMT-ni səssizliyini pozmağa və qara siyahıda olan terrorçuların Pəncşirdə etnik təmizləmə aparmasını dayandırmaq üçün fəaliyyətə keçməyə çağırıram. Pəncşirin qapılarını açmaq və KİV-ə orada baş verənləri yayımlamağa izn vermək lazımdır. Fəlakət yaxınlaşır”./axar.az
Oxunub: 183
Xəbəri paylaş
Paylaş: