Rusiya XİN ABŞ-ın seçkilərə müdaxiləsi ilə bağlı sübutlar təqdim etdi
ABŞ-ın Rusiyanın daxili işlərinə və seçki proseslərinə müdaxiləsi sənədləşdirilib.
"RİA Novosti" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Zaxarova bildirib ki, ABŞ ərazisindən idarə olunan internet platformaları vasitəsilə Rusiyanın daxili proseslərinə müdaxiləni sübut edən sənədlər qarşı tərəfə təqdim edilib.
Xatırladaq ki, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiyanın daxili işlərinə, yəni seçkilərə müdaxilə səbəbi ilə sentyabrın 10-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Qeyd edək ki, ABŞ-dan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Oxunub: 274
Xəbəri paylaş
Paylaş: