Gürcüstanda COVID-19-dan ölənlərin sayı 8 185-ə yüksəlib
Gürcüstanda son sutkada daha 1 838 nəfərdə koronavirus infeksiyası aşkar olunub, 39 pasiyent vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 580 869-a, ölənlərin sayı isə 8 185-ə yüksəlib.
Ötən 24 saat ərzində 5 289, ümumilikdə isə 541 610 nəfər müalicə olunaraq sağalıb./report
Oxunub: 166
Xəbəri paylaş
Paylaş: