“Taliban“ daxilində nüfuz savaşı - Qrupdan açıqlama

"Taliban" liderləri arasında mübahisə olduğuna dair məlumatlar əsassız şayiələr adlandırılıb.
Bu barədə öz "Twitter" səhifəsində qrupun sözçüsü İnamullah Samanqani məlumat yayıb.
"Sosial mediada "Taliban" rəhbərləri arasında mübahisələrin olduğuna dair şayiələr dolaşır. "Taliban" yekdildir və bu qrupun rəhbərliyi dinə və ölkəyə xidmət etmək üçün mübarizə aparır, onun mövqe və maddiyyat hərisliyi yoxdur".
Bundan əvvəl "Taliban" liderliyi uğrunda Molla Bəradər və Siracəddin Həqqani arasında ixtilafların olduğu barədə xəbərlər yayılıb.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: