“Əsas məsələ MAGATE ilə qarşılıqlı etimad yaratmaqdır“-
İran rəsmisi
"MAQATE ilə danışıqlar növbəti sammit çərçivəsində davam edəcək".
IRNA xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının prezidenti Məhəmməd İslami bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə danışıqlar yaxşı və konstruktiv məcrada keçib.
"Növbəti danışıqlar çərçivəsində müzakirələri davam etdirmək qərarına gəldik", - deyə İslami qeyd edib. - Qrossinin yaxın gələcəkdə yenidən Tehrana səfər edəcəyi ilə razılaşdıq.
Bizim üçün vacib olan və MAQATE-nin vurğuladığı məsələ qarşılıqlı etibar mühiti yaratmaqdır. İslam Respublikası ilə MAQATE arasında qarşılıqlı etimad İslam Respublikası ilə bağlı hüquqi öhdəliklərinin yerinə yetirilməsində əhəmiyyətli rol oynamalıdır".
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: