Belarus Rusiyadan bir milyardlıq silah alacaq
“BelTA” agentliyi xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda Belarusun qərb istiqaməti S-300 kompleksləri ilə tamamilə bağlıdır. Amma bizim cənub istiqamətimiz əlavə olunub”, - “Belarus seqodnya” nəşri dövlət başçısının sözlərini sitat gətirir.
Onun sözlərinə görə, Putin ona ballistik raketlərlə işləyə biləcək daha müasir S-500 kompleksləri barədə də danışıb.
“RF Prezidenti müdafiə nazirinə tapşırıq verdi ki, bu kompleksləri (S-400-red.) bizə tədarükü üçün bizimkilərlə bu məsələləri işləyib hazırlasınlar”, - Lukaşenko deyib.