“Ətrafımda çoxu koronavirusa yoluxub” -
Putin
Rusiya Prezidenti Vladimir Putin ətrafında çoxlarının koronavirusa yoluxduğunu, bu səbəbdən özünün də karantinə gedə biləcəyini söyləyib.
TASS xəbər verir ki, bu barədə Putin paralimpiyaçılarla görüşündə bildirib.
“Təəssüf ki, bizdə, hətta mənim çevrəmdə COVİD-lə bağlı problemlər meydana çıxır”, - deyə Putin vurğulayıb.
Reallıqda nə baş verdiyini araşdırmaq lazım gəldiyini qeyd edən Rusiya lideri “Mənim özümə də tezliklə karantin lazım gələcək, həddən çox insanlar xəstələnir” - deyə bildirib.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: