Rusiya azərbaycanlı qadını "İnterpol"a verdi - FOTO
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, 1986-cı ildə Bakıda anadan olan Alina Balakadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.
A. Balakadaşova barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Oxunub: 586
Xəbəri paylaş
Paylaş: