Aram Orbelyan:
“Gorus-Qafan yolu Azərbaycan ərazisidir”
“Təəssüf ki, bizim hökumət Gorus-Qafan dövlətlərarası yolunun Azərbaycan ərazisi olduğunu bəyan edir”.
“News.am”a xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə erməni mütəxəssis Aram Orbelyan səsləndirib.Yolun Şahverdilər (Vorotan) kəndi ərazisinə düşən hissəsində Azərbaycan postunun qurulmasına toxunan Aram belə deyib:
“Azərbaycan öz addımları ilə nümayiş etdirir ki, bu ərazi onlara aiddir. Ermənistan bununla bağlı etiraz etməlidir. Amma Paşinyan bildirib ki, həmin zona Azərbaycan torpaqlarıdır. Yəni, İrəvan həmin torpaqların Azərbaycana aid olmasını gizlətmir və bildirirlər ki, o ərazini rus sərhədçiləri qoruyacaq”.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: