Türk Şurasının adı dəyişdiriləcək -
Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türkmənistan tamhüquqlu üzv olacaq".
Report-un xəbərinə görə, bunu AKP sədrinin müavini Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, bununla da 6 dövlət qurumun tamhüquqlu üzvünə çevriləcək: "Bundan əlavə, təşkilatın adı da dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq. Quruma Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan tam üzv olacaq".
Oxunub: 328
Xəbəri paylaş
Paylaş: