Döyüş virusları:
Gələcək müharibələrin “əsgərləri”
Globall.az Rusiya mediasına istinadən xəbər verir ki, politoloq Aleksandr Sobyanin koronavirusu “döyüş virusları”nın nümayəndəsi kimi xarakterizə edib. Proseseslərin arxasında ABŞ-ın dayandığını bildirən ekspert, bununla yalnız Çinin deyil, hərbi-sənaye texnologiyalarını sürətlə inkişaf etdirən, ordusunu müasir hərbi texnika ilə təmin edən bütün iri dövlətlərin, xüsusilə də Rusiya, Almaniya, Yaponiya kimi dövlətlərin də hədəf alındığını bildirib.
Koronavirus təhlükəsi nəticəsində bir sıra ölkələrlə yanaşı, həm də yuxarıda adıçəkilən dövlətlərin təcrid olunduğunu bildirən politoloq, gələcək müharibələrdə bu cür “döyüş virusları”ndan istifadə hallarının genişlənə biləcəyini vurğulayıb.
Aleksandr Sobyaninin fikrincə, “koronavirus hücumu” müasir ordu quruculuğu həyata keçirən dövlətərin hərbi-sənayesini “vurmaq”, onların iqtisadi potensialı ilə yanaşı, həm də hərbi potensialını zəiflətməyə hesablanıb və bu, yeni dünya müharibəsi ərəfəsində ABŞ-ın ortaya qoyduğu strategiyalardan biridir.
Rusiya ordusunun 70-78 faizinin yeni silahlarla təchiz edildiyini bildirən ekspert, bu prosesin ABŞ tərəfindən narahatlıqla qarşılandığına diqqət çəkib.