Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Əfqanıstan prezidenti ölkəni tərk etməyə hazırlaşır - KİV
  • Əfqanıstan hərbçiləri son sutkada "Taliban"ın 385 silahlısını zərərsizləşdirib
  • Əfqanıstan “Taliban”la sülhə hazırdır
  • KİV: Əfqanıstan prezidenti istefa vermək istəyir
  • Çox sayda “Taliban” yaraqlısı həbsxanadan azad edildi
  • “Korrupsiya, zəif idarəçilik, oliqarxların hökmranlığı...”- Ömər Tarzi “Taliban”nın hakimiyyətə gəlməsinin səbəblərini açıqladı

    • Tarix: 15-09-2021, 10:00



    Əfqanıstan Kral ailəsinin üzvü: “Əfqanıstanda “Böyük oyun-2” davam edir, aktyorlarsa ABŞ və Çindir”

    Dünyanın əsas gündəm mövzusu hələ də Əfqanıstan, “Taliban”, eləcə də ABŞ və müttəfiqlərinin bu ölkəni tərk etməsidir. Əfqanıstan ətrafında baş verənlər təhlilçilər tərəfindən müxtəlif aspektlərdən şərh edilir, amma Əfqanıstan dünənin, bu günün mövzusu deyil. Hadisələr bizi ötən əsrin əvvəllərinə aparır.
    Amanullah xan 1919-cu ildə ölkəni İngiltərə İmperatorluğundan azad edən, Əfqanıstan müstəqil elan edildikdən sonra özünü bu ölkənin ilk kralı elan edən şəxsdir. O, həm də ölkənin ilk xarici işlər naziri olmuş Mahmud Tarzinin qızının həyat yoldaşı olub.
    Əfqanıstan Kral ailəsinin üzvü, Mahmud Tarzinin nəvəsi, hazırda Amanullah-Tarzi ailəsinin böyüyü hesab edilən Ömər Tarzi Azpolitika-ya müsahibə verib. O, keçmişdən başlayıb bu günə kimi davam edən olaylardan, Əfqanıstanı modern ölkəyə çevirmək istəyən Kralın Mustafa Kamal Atatürklə yaxın dostluğundan, ölkəni parçalayan güclərdən, “Taliban”dan və s. söhbət etdi.
    O, 2005-ci ildə bir qrup türk millət vəkili və akademiklə birlikdə Azərbaycanda bir Forumda iştirak edib və deyir ki, çox qonaqpərvər və istiqanlı insanlarsınız.
    Ömər Tarzinin müsahibəsini təqdim edirik:

    - Ömər bəy, söhbətə sizin bir sözünüzlə başlamaq istərdim. Demisiniz ki, “böyük oyunu ingilislər başlatdı, Amerika davam etdirir”. Bəlkə bu böyük oyun barədə bir az açıq danışaq, söhbət hansı oyundan gedir? Bəzi ekspertlər Əfqanıstan uğrunda uzun illərdir davam edən bu müharibələrin, münaqişənin əsas səbəbi kimi geopolitik və geostrateji baxımdan əhəmiyyətli Dürand xəttini işarə edir...

    -Bəli, Dürand müqaviləsi Əfqanıstanın taleyüklü tarixidir və ölkə xalqını parçaladı, həm iğtişaşlar artdı, həm də xarici güclərin daimi təzyiqi davam etdi. Böyük oyun, yəni “Great game 1”, Rusiya və İngiltərənin 1800-cü illərdə Əfqanıstanla bağlı strateji planı idi.
    Ancaq Kral Amanullah xanın və onun müəllimi Sərdar Mahmud Tarzinin səhrada və konfrans masasında bacarıqlı savaşı ilə bu oyun pozuldu, Əfqanıstan müstəqillik qazandı.

    Təəssüf ki, İngiltərənin müstəmləkəçilik siyasəti Əfqanıstanı tərk etmədi və o günlərin bu pis siyasəti bu günə qədər davam etdi. İndi isə bu möhtəşəm oyun “Great game 2” olaraq davam edir, aktyorları da ABŞ və Çindir.
    Əlbəttə ki, burada ən həssas nöqtə Çinin “Taliban”ı tanıması, dərhal yardım göstərməsi və ABŞ-ın buna necə reaksiya verməsidir. Bir sözlə, Amerika BMT-nin terror siyahısında adı olan bir təşkilatı tanıyan Çini hədəf alacaq.

    -Amma ABŞ da 85 milyardlıq silah-sursatını Əfqanıstanda “Taliban”a qoyub çıxdı...

    -Amerikanın silah-sursatla bərabər hər şeyini orda qoyub çıxması ilə bağlı nəsə deyə bilmərəm. Amma qoyub çıxdısa, bu elə də yaxşı hal deyil. Taliblərə ilk yardım 5-6 gün əvvəl Çindən gəldi...Yuxarıdakı sualınıza cavab olaraq əlavə etmək istəyirəm ki, Dürand müqaviləsi təəssüf ki, Əfqanıstan üçün birtərəfli üstünlük təmin edən pis bir müqavilə olub.
    Beləliklə, İngiltərə “böl - fəth et” strategiyasından istifadə etdi, Əfqanıstanın ən böyük etnik qrupu olan puştunları bölərək ölkəni zəiflədib. Beləcə, böyük oyunda daşlar yerinə qoyulub.

    -20 il içində nə dəyişdi, nə baş verdi ki, Əfqanıstan yenidən “Taliban”a rahatlıqla təslim edildi? Ekspertlər hesab edir ki, ölkənin belə rahatlıqla “Taliban”ın əlinə keçməsinə səbəb dövlət strategiyasının düzgün qurulmaması, rüşvətxorluq, korrupsiya, daxili çəkişmələr, xəyanət və s. olub.

    - Mən babam haqqında “İki kral bir lider” adlı kitab yazmışam. Bu kitab 1800-cü ildən 1930-cu ilə qədər olan ən etibarlı arxivlərin araşdırılmasına əsaslanır. Kitabda babam Mahmud Tarzinin fikirləri, o dövrün əmir və kral idarələrinin müəyyən məqamlarda birliyi, Mahmud Tarzinin millətçilik və vətən haqqında önəmli fikirlərindən bəhs edilir.
    Sərdar Mahmud Tarzi çox güclü ədəbi istedada malik bir insan və eyni zamanda vətən uğrunda fövqəladə bir siyasi mübarizə aparan dövlət xadimi idi. Bir ailə olaraq Əfqanıstan xalqının rifahı naminə, böyük xatirəsinə hörmətlə yanaşmalıyıq.
    Kitabımda bu nüfuzu ifadə etmək istəmişəm. Kitabımın türkcə versiyasından sonra indi dünyada “Two kings and a leader” adı ilə ingilis dilində satılır.

    20 ildə baş verən sürətli dəyişikliklərə baxanda, o illərin həqiqətlərini bilmək mütləqdir. Bugünkü xaos heç birimizin arzuladığı bir mühit deyil. Kitabımda vurğulamışam ki, dövlət və digər qurumlar Əfqanıstan gənclərinin təhsili və xalqın dinc həyatı üçün birlikdə çalışmağı bacarmalıdır. Yəni

    Əfqanıstan son 20 ildə öyrəniləcək və araşdırılacaq bir ölkə deyil. Həmişə “böyük oyun” yaxşı oxunmalıdır. Hadisə 1800-cü illərdən başlayır. İngilislərin ardınca Rusiyanın işğalı və məğlubiyyəti, daha sonra ABŞ-ın işğalı və ölkədən tələsik çıxışı niyə baş verdi? Dünyanın güclü dövlətləri ölkəni niyə tərk etdi?
    Bəli, korrupsiya, dövlət idarəçiliyinin zəifliyi, münaqişələr, müharibə, oliqarxların hökmranlığı... Hamısı Əfqanıstanı zəiflətmək, onu çökdürmək üçün səbəblərdir.
    Dəyərləriniz yüngülləşdirilərsə, dövlətin şərəfinə xələl gələcək və zəifliklər artacaq. Ümid edirəm ki, bu gözəl insanları sağlam düşüncə ilə dinc mühitlərə apara bilərik və aparmalıyıq.

    - Necə düşünürsünüz, “Taliban”ın rahatlıqla hakimiyyəti ələ keçirməsi ABŞ və Əfqanıstanın o zamankı hakimiyyətinin işbirliyi nəticəsində baş vermədimi? 
    Çünki vitse-prezident Əmurullah Saleh açıqlamasında 15 avqustda Prezident Sarayı da daxil olmaqla güc nazirləri ilə əlaqə saxlasa da heç kimi tapmayıb. 
    Belə demək mümkünsə, hamısı ölkəni tərk edib, qaçıb... Və bildiyiniz kimi hazırda Saleh, Məsud Şahın oğlu Əhməd Şahla birgə Pənşirdə taliblərə qarşı vuruşur...

    -Bəli, bir xaos oldu və təəssüf ki, gözlənilməz bir dövlət çaxnaşması yaşandı. “Taliban”ın gəlişinin bu qədər asan və sürətli olacağını heç kim gözləmirdi, amma dediyim kimi, “DƏYƏRLƏR YÜNGÜLLƏŞDİKCƏ” qorxular son anda yaranır.
    Təbii ki, vacib bir məqam ABŞ-ın 11 sentyabr hadisələrinin kölgəsində daha güclü bir “Taliban”la qarşılaşmaq istəməməsidir. Beləliklə, Bayden “vaxtında hərəkət edən” prezident adını aldı.

    -“Taliban” 20 il əvvəlki “Taliban” olmadığını, dəyişdiyini desə də, əfqanlar, əfqan rəsmiləri bunun əksini deyir. “Taliban” öz qanun və qaydaları ilə şəriət hökuməti quracağını bildirib. Belə olan halda, bu, Əfqanıstanın yenidən 20 il əvvələ dönüşü, “Taliban”ın əsiri olması demək deyilmi?

    - “Taliban” ötən həftə bayrağı da dəyişdirərək “Əfqanıstan İslam Əmirliyi”nin müvəqqəti hökumətini - kabineti elan etdi. Beləliklə, 1990-cı illərdə başladıqları hərəkatın son mərhələsinə gəldilər.
    Liderləri 20 il əvvəl olduqları qrup olmadığını söyləsə də, hər şey ortadadır. Beləliklə, qrupun teokratik və əsas mühafizəkarlığı dəyişməyib. Kabinetin hamısı kişidir və bəzilərinin də adları terrorçu kimi BMT-nin siyahısındadır. Çoxu da puştundur. Dərhal da ölkəni şəriət qaydaları ilə idarə edəcəklərini vurğuladılar.

    - Əfqanıstan böyük yeraltı sərvətlərə - mis, uran, zümrüd, qiymətli daşlar və s. sahibdir. Buna baxmayaraq, ölkə səfalət icindədir. Niyə bu qədər sərvəti olan Əfqanıstan ayağa qalxa bilmir? 
    Amerika, Qərb, yoxsa qonşuları imkan vermir? Ortada həm də narkotik ticarəti, xarici güclərin bundan əldə etdiyi milyardlar var...

    - Niyə bu qədər ölkə Əfqanıstanla maraqlanır, bu qədər əsgər, mülki vətəndaş və uşaq ölür və öldürülür? Çünki Əfqanıstan həm strateji mövqeyinə, həm də yeraltı və yerüstü sərvətlərin zənginliyinə görə dünyanın ən önəmli ölkələrindən biridir. Birincisi, şərq-qərb ticarət yolunun ən əhəmiyyətli hissəsi buradan keçir.

    İkincisi, Hindikuş dağları ölkəni bir qala kimi qoruyur və Əfqan tayfaları bu coğrafiyadan çox faydalanırlar. Eyni zamanda, dünyanın tiryək istehsalında lider bir ölkədir. Yeraltı çox zəngin kobalt, litium və mis yataqları var. Qiymətli daşlara böyük tələbat var. Kömürü və təbii qazı da daxil etsək, Əfqanıstanın profili tam ortaya çıxacaq.
    Buna görə də, sizin də çox açıq şəkildə ifadə etdiyiniz kimi, bu əhəmiyyətli zənginliklər bir çox insanın iştahını açır və nəticə göz qabağındadır. Milyardlarla dollara daha çox sıfır əlavə edin.



    -“Taliban”ın yenidən dönüşü əfqan qadınlarını narahat edib. Onlar insan haqları pozuntuları ilə üzləşəcəklərindən qorxur. Amma “Taliban” sözçüsü Zabihullah Mücahid Əfqanıstanda qadınların oxuya və işləyə biləcəyinə işarə edib...

    -Bax, budur insanlıq və Vətən azadlığı - Əfqan qadınları! Əhməd xan Abdalidən bu yana qadınlar Əfqanıstan tarixinə bələdçilik etməkdə əhəmiyyətli rol oynayıb.
    Bu qadınlar Vətəninin müstəqilliyi üçün həyat yoldaşlarına cəsarət verən, onlarla bərabər döyüşənlərdir. Babam Mahmud Tarzi bu mövzuda çox diqqətli və qətiyyətli olub.
    Əfqanıstan jurnalistikasının atası olaraq tanınan bu hörmətli şəxs, "Seraj al Akhbar" qəzetində həmişə millətçilik, Vətən və müstəqillik mövzularını işıqlandırıb və Əfqan qadınlarının inkişaf etməsi üçün hər cür infrastrukturun yaradılmasına imza atıb. Təsəvvür edirsinizmi, “Taliban” Kabili ələ keçirdiyi ilk günlərdə Əfqan qadınları Qəndahar, Herat və Məzari-Şərifdə küçə mitinqlərinə getdilər, əllərində meqafonlarla hüquqlarını müdafiə etməyə başladılar, “Qorxmarıq, biz qadınlar hər yerdə bir yerdəyik” dedilər.

    Digər tərəfdən, “Taliban” sözçüsü “Qadınlar bu addımları dayandırmalı və küçədən çəkilməlidir, çünki küçədəki gənc mühafizəçilərimiz qadınları küçədə görməyə öyrəşməyiblər, nə edəcəkləri bəlli deyil” deyir. 21-ci əsrdə nə qədər geriyə gedə biləcəklərini təsəvvür edirsinizmi?

    -Yeri gəlmişkən, Əfqan qadınları haqda danışılanda ilk olaraq Kral Amanullah xanın xanımı, kraliça Soraya yada düşür. Onun "qadınlar hicab geyməməli və kişilər bir qadından çoxu ilə evli olmamalıdır” fikirləri dillərdə dastandır. 
    Əfqanıstanda qızlar üçün ilk məktəbi də o açdırıb. Bir az kral ailəsi barədə məlumat verərdiniz...

    - Babam Mahmud bəy və həyat yoldaşı Əsma Resmiyenin 10 övladı - 5 qız və 5 oğlu olub. Onlar o dövrün şərtləri daxilində uşaqlarına ən yaxşı təhsili veriblər. Hamısı 1 və ya 3-4 xarici dil öyrənib, məslək sahibi, yaradıcı insanlar olub. Dediyiniz kimi, o vaxt qız məktəbləri açıldı, gənclik jurnalları çıxdı.
    Xüsusilə təhsil, səhiyyə və hərbi sahələrdə akademiklər Türkiyədən gətirildi. Planlı şəhərlər qurmaq üçün memar professorlar dəvət olundu, şəhərin planları hazırlandı. Amanullah xanın dövründə Əfqanıstan Orta Asiyanın İsveçrəsi olaraq tanınırdı. Böyük bibim Xayriyə xanım demək olar ki, atasının sağ əli idi.
    Bilik və zəkası ilə onun köməkçısı oldu. Kraliça Soraya əri ilə ata minən, mərasimlərdə həmişə yanında olan və təhsil üçün bir çox fəaliyyətlərə imza atan bir qadın idi. O, Təhsil almaq üçün Türkiyəyə gedən ilk qız tələbə qruplarını yaratdı. 1905-1929-cu illər arasında Əfqanıstan hər cəhətdən inkişaf etməyə hazır olan və elmə meylli, həvəsli gənclər ölkəsi idi.
    Bu dövrdən sonrakı hadisələrə keçmək istəmirəm, amma keçid dövrü artıq çox pis olmuşdu. Təəssüf ki, uzun illər Tarzi və Amanullahın ailəsinə öz vətənlərinə getmək qadağan edildi.

    - Ömər bəy, Əfqanıstanda son dəfə nə zaman olmusunuz? Babanızın adına orada bir Fond - Vəqf yaratmışdınız, tələbələrə təqaüd verirdiniz. Bildiyimə görə, 2009-cu ildən sonra getmədiniz. Səbəb nəydi?

    - İlk dəfə Əfqanıstana 2003-cü ildə bacım, mərhum şahzadə Leyla xanımla birlikdə getmişdik. Hava limanında bizi hərbiçilər, məmurlar və böyük bir izdiham qarşıladı. Çox həyəcanlı idik və o gün bacımla birlikdə qərara aldıq ki, bu ölkəyə, bu xalqa xidmət etməliyik. Babam Sərdar Mahmud Tarzinin adına bir fond yaratdıq.
    Kral Amanullah ailəsinin övladları, əziz əmioğullarım və Tarzi ailəmizlə birgə “Mahmud Tarzi Mədəniyyət Vəqfini” (MTCF) qurduq. O vaxtkı Prezident H.Karzai və 26 nazirlik bizə çox kömək etdi. Vəqfimiz QHT deyil, Əfqanıstanda yerləşən tam bir təşkilatdır. Vəqf bu günə qədər 18 tələbəni liseydə, universitetdə oxutdu, işlə təmin etdi, evləndirdi.
    Vəqf əfqan qadınları üçün tikiş kursları açdı və tikiş maşınları aldı. Kabil Mahmud Tarzi Liseyində 16 sinifdən ibarət yeni bir məktəb binası tikdik. Qızım İdil Tarzinin təşkilatçılığı ilə Türkiyədən karqo ilə geyimlər gətirdik.
    Mahmud Tarzi Liseyi ərazisində yeni 16 sinifli bir bina tikdik. Bu binanın inşasında mənə o vaxt Türkiyə Xarici İşlər Nazirliyi və TİKA böyük dəstək verdi. Kitabxanası, laboratoriyası, musiqi-sənət şöbələri Milli Təhsil Nazirliyinə verildi. Milli Təhsil Nazirliyi mənə hörmət əlaməti olaraq bu binaya “Sərdar Ömər Tarzi Salonu” adını verib lövhə asdı.
    2009-cu ilə qədər hər şey yaxşı idi, amma hökumətdəki dəyişikliklər, daxili gərginliklərdən sonra bəzi təzyiqlərlə mənə dedilər ki, bir müddət gəlməsən daha yaxşı olar. O zamandan sonra bir daha Əfqanıstana getmədim.

    - Əfqanıstanın digər tanınmış şəxsiyyətlərinin olmasına baxmayaraq, ilk sırada Amanullah xan, Mahmud Tarzi və Əhməd Şah Məsudun adı çəkilir. Niyə məhz bu insanlar?

    - Bizim, yəni Əfqanıstanın əsrlər boyu mənimsədiyimiz adət və ənənələrimiz var, onlarla bütünləşərək böyüdük. Bunlarla qurulmuş dəyərlərimiz var. Amanullah və Mahmud Tarzini gözdən salsanız, bir tarixi, bir milləti gözdən salmış olarsınız. Bu iki şəxsə, bu iki hörmətli insana xidmət edən və onlara kömək edənlərin əməlləri məhv edilməməli və məhv edilə bilməz.

    Bütün səyləri yaxşı, keyfiyyətli, təhsilli həyat yaşamaq üçün olub. Baxın, indi Kabilin keçən həftə gözlənildiyindən daha sürətlə “Taliban” tərəfindən tutulduğunu söyləyirik. Ordu dağıldı, dövlətin yuxarı eşelonu bu və ya digər şəkildə ölkəni tərk etdi.

    - Bəs niyə belə oldu?

    - Mən sizə deyim niyə belə oldu. Əfqan xalqı, inandığı, güvəndiyi və sevdiyi adamın arxasınca ölümə qədər gedər. Ailəsi, torpağı, vətəni və özü üçün.
    Düşünün, 1900-cü illərdə Amanullah adlı bir adam çıxır və deyir: “Ey millətim, sənə müstəqillik söz verirəm”, Mahmud Tarzi çıxır, “Bir bayraq, bir millət” deyərək millətçiliyi alovlandırır! O tayfalar, insanlar, fraksiya yaratmadan və heç bir şey düşünmədən liderlərinin arxasınca qaçırlar və döyüşdə müstəmləkə imperiyalarının bütün ordularını məğlub edirlər.
    Bundan başqa, Mahmud Tarzinin müstəsna qabiliyyəti ilə istəklərinə uyğun olaraq müstəqillik müqaviləsi imzalandı. Mahmud Tarzi cəhalətdən oyanan bir millətə rəhbərlik etdi və o millət cahilliyi ilə heç bir yerə çata bilməyəcəyini gördü. Bəli, indi cəmiyyət televiziya cihazını parçalayan yobaz bir anlayışa itələnmək istənilir.

    Belə yüksələn dəyərləri və həyəcanı yaşayan bir ölkə bir gündə məhv edilə bilməz! Bu həyəcanın son elementi mərhum Əhməd Şah Məsud idi. Ona inandılar və onun ardınca getdilər. Uğurlu da alınırdı, amma dərhal bu işi sui-qəsdlə sona çatdırdılar. İndi oğlu müqavimət göstərir, çox düzgün də edir.
    Əfqanıstan “Taliban”la heç bir yerə gedə bilməz. Sadəcə qorxudan, sual verəndə güllə ilə cavab verən bir zehniyyətdir. “Niyə bu insanlar” deyə verdiyiniz sualın cavabı bax budur.



    -Bu insanlardan söz düşmüşkən, rəhmətlik Məsud Şah deyirdi ki, Amanullah xan bacarıqlı bir dövlət rəhbəri olsaydı, dövlət devrilməsəydi, yerinə yenidən monarxizm gəlməsəydi, Əfqanıstan bu gün bu duruma düşməzdi. 
    Amma kral Amanullah xan o zaman deyib ki, əfqanların bir-birini öldürməsini, qanlı taxtın üstündə oturmağı istəmədiyi üçün Əfqanıstanı tərk edərək sürgünə gedib. 

    Onu da deyirlər ki, Amanullah xan ən yaxın dostu Mustafa Kamal Atatürkün bir tövsiyəsini dinləməyib. Atatürk deyib ki, güclü bir ordu yarat və güclü orduya sahib ol. Kral da cavab verib ki, xalq məni sevirsə, güclü orduya gərək yoxdur...

    - Bəli, bu barədə yazılı məlumatlar çoxdur və doğrudur. O zamankı şərtlərlər daxilində güclü ordu çox vacib idi. Atatürk də bunun fərqindəydi. Amanullah ona güvənən insanların sevgisinin yetərli olduğunu düşünürdü. Bu da baş vermədi. Nina Xruşşovanın gözəl bir sözü var: “Zalım rejimə itaət etmək təkcə qorxu deyil. İç bir harmoniya və xoşbəxtlik arzusu insanları motivasiya edir”. Mahmud Tarzi cəhaləti çox yaxşı təhlil edərək, kütlə üçün elm və modernləşmə yoluna işıq saldı.
    Deyirdi ki, “cahilliyin şirin razılığından oyanmadan xoşbəxt olmaq cahillərin ən böyük sərvətidir”. Mahmud Tarzi Əfqanıstanın ilk xarici işlər naziridir.O, daha sonra ölkəsini Parisdəki səfir olaraq da təmsil edib. Fars, Urdu, Puştun, Fransız və Ərəb dillərini çox yaxşı oxuya, yaza və danışa bilirdi.
    Yazılarında və çıxışlarında ictimaiyyətin başa düşə biləcəyi yüksək səviyyəli nitq qabiliyyətinə malik idi. Təhsilli, dil bilən bir heyət qurdu. Dövlət quruluşu sistemləri hazırladı. Mahmud bəy “jurnalistikanın atası” kimi də tanınır. Xarici dillərdən bir çox kitablar tərcümə edib. Nazım və Nesir dövrünün ən əhəmiyyətli ustaları arasındadır.
    Atası Qulam Məhəmmədin sevimli oğlu idi. Atası ona “Tarzi” ləqəbini verdi. Mahmud “Tarzi” soyadından qanuni olaraq istifadə etməyə başlayıb. Ofisi və evi həmişə öyrənmək istəyən gənclərlə dolu idi. Din və dövlət işlərini ayrı tutan “dünyəvi sistem” üçün də addımlar atdı. Ailəsinə böyük əhəmiyyət verən xoş, intizamlı bir ailə başçısı idi.

    -Kral Amanullahın Mustafa Kamal Atatürkün ən yaxın dostu olduğunu deyirlər. Hətta Atatürk vəfat edəndə Türkiyəyə göndərdiyi başsağlığı teleqramında yazıb ki, mənə başsağlığı verin, çünki mən bir qardaş itirmişəm. 
    İstanbuldakı cənazə törənində tabutun arxasında belə ilk dayanan kral Amanullah olub. Bu, doğrudurmu?

    - Atatürk və Amanullah arasındakı dostluq qardaşlıq xüsusiyyətlərinə malikdir. Bir-birinəqarşı səmimi və dəyər verən iki insan idi. Amanullah bu birlikdən çox şey öyrənir və bunu ölkəsində tətbiq edirdi.
    Atatürk də belə təmiz və sevən bir insanla birlikdə olmaqdan çox məmnun idi. Daha sonra Əfqanıstandan ayrılarkən Amanullah qardaşı Atatürkdən Mahmud Tarzi və ailəsini qəbul etməsini istəyib.
    Atatürk Baş nazir İsmet İnönü ilə hər şeyi təşkil edib. Mahmud bəy ailəsi ilə İstanbula gedir və ömrünün sonuna qədər orada rahat yaşar. Məzarı Eyyubsultandadır.

    Babam Mahmudun qızı Xayriyyə xanım Əmir Habibullahın böyük oğlu Enayatullahla evlənib. Digər qızı Soraya isə kral Amanullahla ailə qurub. Emine xanım kral Amanullahın qardaşı şahzadə Ubeidullah Serajla, Azize xanım diplomat Kasım Xanla, Huriya xanım diplomat Qulam Siddiqlə evlənib. Bunlar mənim bibilərimdir. Atam polkovnik Tavab Tarzi Mahmud Tarzinin Dəməşqli dostu, İstanbullu Farisin qızı Zakire ilə ailə qurub.

    ... Ən həssas olduğum məsələ, 21-ci əsri başa vurduqca hələ də qorxuya əsaslanan metodların milləti və insanları idarə etməsidir. Dünya indi çox sürətli elmi nailiyyətlər əldə edir. İnanclarında azad, sərbəst olanlar daha sürətli hərəkət və inkişaf edir. Odur ki, Əfqanıstan üçün də hər zaman ümidimizi davam etdirirk.

    Laçın SƏMLA


     Atatürk və kral Amanullah


     Kral ve xanımı


     Kral karlica qızları


    Kabilde Tarzi məktəbi




    Oxunub: 483
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.