Çörək niyə bahalaşdı?-
“Qiyməti artırmasaq, zavodu bağlamalı olacağıq”
Bəs, bahalaşmaya səbəb nədir?
“№1” Gilan Çörək Zavodunun satış müdiri Rahim Nizaməddinov bunları deyib:
“Yanvar ayından dizelin qiymətində 33 faiz artım oldu. Biz də çörəkləri dizellə işləyən maşınlarla market və obyektlərə paylayırıq. Mütəmadi olaraq un qiymətlərinin artımı müşahidə olunur. Çörəkləri yığdığımız salafan torbaların qiymətində də 20 faiz artım olub. Şəkər tozunun, yağların qiyməti də artıb. Bizim istehsal etdiyimiz bəzi məmulatlarda şəkər tozu və yağdan istifadə olunur”.
“Baxmayaraq ki, dizelin, unun və s. məhsulların qiymətində daha çox artım var, real qiymət artımının qarşılığında bizdə də 7-8 faizlik bahalaşma olub. Bizdə 700 nəfərədək işçi çalışır. Onların əmək haqlarını qarşılıya bilmirik. Qiymət artımına getməsək, zavodu bağlamaq məcburiyyətində qalmalıyıq”.