Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycan 4 ayda 52 683,62 ton benzin idxal edib - Hər ton məhsulun gömrük dəyəri açıqlanıb
  • BENZİN BAHALAŞDI: “Aİ-95” markalı benzin 1,60 AZN, “Aİ-98” markalı benzin isə 1,90 AZN oldu
  • Azərbaycanda benzin BAHALAŞDI
  • BU GÜNDƏN BENZİNİN QİYMƏTİ QALXDI - Aİ-95 markalı benzin bahalaşdı
  • Azərbaycanda “Aİ-95” markalı benzinin bahalaşmasının səbəbləri açıqlanıb
  • ÇÖRƏK, BENZİN BAHALAŞDI, NÖVBƏ HANSI MƏHSULUNDUR?- İqtisadçıdan açıqlama

    • Tarix: 16-09-2021, 10:10



    Azərbaycanda son iki gündə iki məhsulun bahalaşması ciddi müzakirələrə səbəb olub: benzin və çörək. Bunlardan birincidə bahalaşan “varlı”ların benzinidirsə, ikincidə söhbət milyonlarla insanın qida rasionunda mühüm yer tutan çörəkdən gedir.

    Dünəndən etibarən ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti qaldırılıb: birinci 1,45 manatdan 1,60 manata, ikinci isə 1,60 manatdan 1,90 manata. Bu benzinlərin ikisi də iyunun əvvəlində 15 qəpik, Aİ-95 isə iyulun 31-də daha 5 qəpik bahalaşmışdı. Bu benzinlərin yeganə idxalçısı olan SOCAR-dan bahalaşmanın mənşə ölkəsindəki qiymət dəyişikliyindən irəli gəldiyi açıqlanıb.

    Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-iyulunda ölkəyə 60 milyon 361,07 min dollar dəyərində 85 min 680,79 ton Aİ-95, 1 milyon 272,89 min dollar dəyərində 1 min 563,19 ton Aİ-98 markalı benzin idxal olunub. Beləliklə, 7 ayda Aİ-95 markalı benzinin orta idxal qiyməti 70 sentə (1,19 manata), Aİ-98 markalı benzinin orta idxal qiyməti isə 81 sentə (1,38 manata) bərabər olub.

    Bu müddətdə Azərbaycandan xaricə 13 milyon 296,87 min dollar dəyərində 25596,78 ton Aİ-92 markalı benzin ixrac edilib. Bu o deməkdir ki, Aİ-92 markalı benzinin hər litrini xaricə 51 sentə - yəni 86,7 qəpiyə satmışıq. Daxili bazarda isə bu benzin istehlakçılara 1 manata satılır. Yanvar-avqust aylarında Azərbaycanda 804,3 min ton Aİ-92 markalı benzin istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalma deməkdir. Sentyabrın 1-nə ölkədə cəmi 35,9 min ton benzin ehtiyatı olub.



    Son bahalaşma Azərbaycanda yüksək keyfiyyətli benzin istehsalının hələ də təmin olunmaması problemini yenidən aktuallaşdırır. Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda yeni və müasir texnologiyalı neft emalı zavodunun tikilməsinə dair qərar qəbul olunmuş, Qaradağ rayonu ərazisində yer müəyyənləşdirilmiş, ilkin hazırlıq işlərinə başlanmışdı. Lakin 2014-2015-ci illərdə neftin qiyməti kəskin ucuzlaşdı və hökumət planı dəyişdi. 
    Vəsaitlərə qənaət etmək üçün köhnə zavodun modernləşdirilməsinə qərar verildi. İlkin qiymətləndirmələrdə bu prosesin dövlətə 850 milyon dollara başa gələcəyi proqnozlaşdırılırdı. Lakin aparılan araşdırmalar göstərdi ki, zavoddakı 17 emal qurğusunun hamısının istismar müddəti bitib və yenilənməlidir.
    Buna görə də modernləşdirmənin dəyəri 2 milyard dollara qədər artırıldı. 2019-cu ildə mətbuata sızan məlumatlarda bu məbləğin 3 milyard dollara qədər yüksəldiyi bildirilsə də, hökumət konkret rəqəmi hələ də açıqlamayıb. Eyni zamanda modernləşmənin nə vaxt başa çatacağı, ölkədə Aİ-95 markalı benzinin istehsalına nə zaman başlanacağı da dəqiq bilinmir.
    İlkin olaraq - 2015-ci ilin əvvəlində planlaşdırılırdı ki, zavodun modernləşməsi 2018-ci ildə başa çatacaq, Aİ-95 və Aİ-98-in istehsalına başlanacaq. Daha sonra müddət 2020-ci ilə, 2022-ci ilə, 2023-cü ilə çəkildi. İndi isə tam modernləşmənin 2025-ci ildə başa çatacağı gözlənilir. Modernləşmə nəticəsində zavodun illik neft emalı gücünün 7,5 milyon tona çatdırılması nəzərdə tutulur. Ehtimal olunur ki, zavodda Aİ-95 benzininin istehsalına 2022-ci ildə başlamaq mümkün olacaq.

    Çörəyin qiymətinə gəlincə, artıq iki gündür bir neçə iri zavodun istehsal etdiyi çörəyin qiymətini 5-10 qəpik arası artırdığına dair məlumat yayılır. Belə məlumatların yayılması təsadüfi deyil: Azərbaycan hökuməti buğda və un idxalının ƏDV-dən azad olma qərarını ləğv etməyə hazırlaşır.
     Eyni zamanda un istehsalına görə sahibkarlara verilən subsidiyaların da aradan qaldırılması nəzərdə tutulur. Bu,Bir neçə gün əvvəl açıqlanan “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sından da aydın olur.



    Azərbaycan ərzaqlıq buğdanın demək olar ki, hamısını xaricdən idxal edir. Buna görə də daxildə çörəyin qiyməti buğdanın dünya bazar qiymətindən birbaşa asılıdır. 
    Dünya bazarında isə buğda durmadan bahalaşır. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-iyulunda Azərbaycana xaricdən 103 milyon 772.28 min dollar dəyərində 408 825.59 ton buğda idxal olunub. 2020-ci ildə idxal 296 milyon 905.18 min dollar dəyərlə 1 milyon 365 100.13 min ton təşkil edib.
    Ötən ilin yeddi ayında Azərbaycana 94 milyon 37.45 min dollar dəyərində 434 min 554.80 ton buğda gətirilmişdi. Bu ilin yeddi ayında buğdanın 1 tonunun idxal qiyməti 253,8 dollar, ötən ilin eyni dövründə isə 216,4 dollar təşkil edib. Bu o deməkdir ki, buğdanın idxal qiyməti 20,6 faiz bahalaşıb.

    Hökumət buğda idxalını ƏDV-yə qaytarmaqla nə qədər vəsait əldə edəcək? Rəsmi idxal həcmləri ilə hesablasaq aydın olur ki, ötən il buğda idxalından 18 faizlik ƏDV-nin tutulmaması dövlət büdcəsinə 53 milyon 442,93 min dollar az vəsaitin daxil olmasına gətirib çıxarıb. Bu ilin ötən dövründə isə büdcə buğda idxalından 18 milyon 670 min dollar “itirib”.

    Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2020-ci ildə Azərbaycanda un və yarma istehsalına 2 milyon 467 min 332 ton buğda yönəldilib. İl ərzində ölkədə 1 milyon 855 min 293 ton un, 1 milyon 294 min 604 ton çörək istehsal olunub. Ötən il ölkədən xaricə 7 min tondan çox un ixrac edilib.

    Orta hesabla bir ton buğdadan 800 kq un əldə olunduğunu nəzərə alsaq, ötən il Azərbaycanda un istehsalında 2 milyon 319 min 116,25 ton buğdadan istifadə olunduğu aydın olar. Bu isə o deməkdir ki, un istehsalında az miqdarda yerli buğdadan da istifadə olunur. Yəni idxal buğdasının dəyərinin unun və çörəyin qiymətində kifayət qədər payı var. Rəsmi məlumata görə, 2021-ci il məhsulu üçün ölkə üzrə 610,5 min hektar sahədə payızlıq və yazlıq buğda əkilib. Havaların quraq keçməsi səbəbindən sentyabrın 1-i vəziyyətinə 38,2 min hektar sahədə əkilmiş buğda məhv olub, qalan 572,3 min hektar sahədən isə 1 milyon 885,4 min ton buğda yığılıb.

    Çörəyin və benzinin qiymətindəki bahalaşma əhali üçün nə vəd edir?



    İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, ərzaq buğdasının qiymətinin bahalaşması keçən qışdan başlanıb: “Hələ dekabr-yanvar aylarında ixracatçı ölkələr qiymətlərin bahalaşacağı, ixrac həcmlərinin azaldılacağına dair idxalçı ölkələrə xəbərdarlıq etmişdilər. Azərbaycan hökuməti buğda və un idxalına ƏDV-ni onsuz da ləğv etmişdi, fevralda isə un istehsalına subsidiya təyin etdi. Hələ o vaxtdan aydın idi ki, bu kimi üsullarla daxildə unun və çörəyin qiymətini uzun müddətə stabil saxlamaq mümkün olmayacaq: dünya bazarında qiymət artmağa davam edirsə, dövlət nə qədər daxildəki istehsalçılara subsidiya ayıra bilər? Azərbaycan bazarı xarici təzyiqlərə yetərincə dayanıqlı deyil. 
    Buna görə də daxildə un və çörəyin qiymətini saxlamaq cəhdləri əvvəl-axır dayandırılmalıdır. Hökumət idxala ƏDV-ni bərpa etsə, yəni çörək və un bazarını tam sərbəstləşdirsə, aydındır ki, qiymətlərdə xeyli bahalaşma baş verəcək. Əslində bunu çoxdan etməliydilər.

    Vaxtında bazara sərbəstlik verilmiş olsaydı, indi ölkədə ərzaqlıq buğda istehsalı indikindən bir neçə dəfə çox olardı. Dövlətin buğda istehsalına tətbiq etdiyi subsidiyalar ona görə gözlənilən nəticəni vermir ki, son məhsulun - unun və çörəyin bazarı sərbəst deyil. Bazar sərbəst olsaydı, tələb daxildə keyfiyyətli buğda istehsalını özü stimullaşdıracaqdı.
    İndi bazarın sərbəstləşdirilməsi xeyli ağır keçəcək, amma buna gedilməlidir. İri sahibkarlara yönəlik güzəştlər, subsidiyalar əhalinin gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir.
    Sahibkara imkan verilməlidir ki, istehsal etdiyi məhsula bazarın tələbinə uyğun qiyməti özü müəyyənləşdirsin. Hökumət isə bu zaman əhalinin sosial ehtiyaclarının ödənməsinin qeydinə qalsın: əmək haqqı, pensiyalar artırılsın. İnandırım sizi, çox qısa müddətdə bazar özü hər şeyi tənzimləyəcək”.

    Ekspertin sözlərinə görə, Aİ-95 markalı benzinin bahalaşması orta təbəqənin xərclərini artırır: “Ümumi istehlakda payı az olsa da, bu benzindən istifadə edənlər heç də az deyil. Aİ-92 bahalaşanda çoxlu sayda avtomobil sahibi Aİ-95-dən istifadəyə keçmişdi. İndi onun qiyməti bahalaşdı, yəqin ki, əksinə proses gedəcək.
    Bu isə Aİ-92-yə tələbi artıracaq. Düşünmürəm ki, ”varlıların" benzinin bahalaşmasının ümumi bahalaşmada payı yüksək olacaq. Bu, çox cüzi bir təsir olacaq: müəyyən istehlak mallarının qiymətində özünü büruzə verəcək".

    Məlumdur ki, Avropada təbii qazın min kubmetrinin qiyməti 900 dolları keçib. Bu proses Azərbaycanda da təbii qazın qiymətinin artırılmasına gətirib çıxara bilərmi? 

    P.Heydərov deyir ki, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik iyul ayında edilib: “Bu baxımdan, yenidən dəyişiklik olunacağı gözlənilən deyil. Amma elektrik enerjisinin qiymətində dəyişiklik olacağını düşünürəm. Yəqin ki, sentyabrın sonu, oktyabrda biz Tarif Şurasının bununla bağlı qərarının şahidi olacağıq”./musavat.com

    Oxunub: 340
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.