“Gürcü Arzusu”:
"Saakaşvili Gürcüstana gəlməyə cürət etməyəcək..."
“Sizi əmin edirəm ki, Saakaşvilinin oktyabrın 2-dək Gürcüstana gəlməyə cürəti çatmayacaq, o, buna risk etməyəcək”.
Bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, sabiq prezident Gürcüstana gələ bilməyəcəyini deməkdən çəkinir: “Saakaşvili qorxur və buna görə də onun anonsu aktual deyil”.
Xatırladaq ki, qonşu ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili sentyabrın 6-da videomüraciət yayaraq oktyabrın 2-də ölkədə keçiriləcək yerli seçkilər üçün Gürcüstana gedəcəyini elan edib. Sentyabrın 10-da onun vətənə dönməsini dəstəkləyən xalq hərəkatı yaradılıb və təşkilatda artıq 41 min nəfər qeydiyyatdan keçib./report
Oxunub: 288
Xəbəri paylaş
Paylaş: