Ermənilərin Rusiyada növbəti təxribatı - 44 günlük savaşda ölənlərə abidə ucaldıldı

Bu barədə Milli Məclisin deputatı Razi Nurullayev özünün “Facebook” hesabından etdiyi paylaşımda məlumat verib:
“Ermənilər Rusiyanın Samara şəhərində "Artsax müharibəsində həlak olanlara əbədi xatirə" adlı abidə ucaldıblar. Samara yaşayan azərbaycanlıların nümayəndələri, diaspora təşkilatları etiraz ediblər. Rusiyada yaşayan soydaşımız Elmar Rəsulovun sözlərinə görə göndərdikləri məktuba gələn rəsmi cavab budur ki, şəxsi adam qoyub və dövlətin ona qarışmağa ixtiyarı yoxdur”.
Bundan əlavə millət vəkili sözügedən məsələyə sərt mövqeyini də bildirib:
“Əgər belədirsə, biz də Bakının mərkəzində Rusiya separatçılarına, Rusiyanın düşmənlərinə heykəl qoyaq, Dağıstanda və Çeçenistanda öldürülən və Rusiyanın ekstremist, terrorçu adlandırdığı adamlara abidə ucaldaq və deyək ki, kiminsə ürəyi yanıb və öz şəxsi pulu ilə edib.
Rusiyaya səslənirəm ki, bu, xoşunuza gələr?
Səfirlik və Diaspor komitəsi bununla bağlı rəsmi və açıq şəkildə Rusiya hakimiyyətinə etirazını bildirməlidir.”

Oxunub: 198
Xəbəri paylaş
Paylaş: