Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • ERMƏNİSTAN ORDUSU QARABAĞDAN ÇIXARILIR!- Rus ordusu isə bölgəyə gəlir
  • "ERMƏNİLƏR QARABAĞDA YENİ POSTLAR QURUR - Azərbaycan adekvat tədbirlər görür"
  • Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi: "...növbəti uğursuz cəhddir"
  • Rusiya sülhməramlılarının yeni komandanı İrəvana getdi
  • Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşüb
  • Qondarma rejimin medal verdiyi Kosobokov kimdir?- General haqqında bilinməyənlər

    • Tarix: 17-09-2021, 11:44



    Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin noyabrın 9-da imzaladıqları üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağda yerləşdirilən Rusiya Federasiyası sülhməramlı kontingentinə general-mayor Mixail Kosobokovun komandan təyin olunmasına dair xəbərlər ölkəmizdə həssaslıqla izlənilir.

    10 min km²-i azad etdik, 3170 km² hələ də azadlığını gözləyir

    Bu, səbəbsiz deyil. Belə ki, Azərbaycan Respublikasının 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq işğal altındakı torpaqlarının çox böyük hissəsini (10 min kvadrat kilometrdən artıq) azad etməsinə baxmayaraq hələ də Rusiya sülhməramlılarının gəlişini təmin edən üçtərəfli bəyanatın 4-cü bəndi yerinə yetirilməyib. 
    Halbuki, həmin bənddə “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” sözü açıq-aydın yazılıb.
    Necə olur ki, sülhməramlıların bir gecədə 2397 kilometr məsafə qət edərək “perebroska”sı həyata keçirilir, ancaq Qarabağdan erməni silahlıları çıxarılmır?!

    Necə olur ki, üçtərəfli bəyanatın 3-cü bəndi (sülhməramlıların yerləşdirilməsi) Rusiya tərəfindən bəyanatın imzalandığı gecə (noyabrın 10-u gecəsi) dərhal icra olunur, sülhməramlıların lazımi təchizat vasitələri ilə birlikdə Ulyanovskdakı “Ulyanovsk-Vostoçnıy” aerodromundan Qarabağadək olan 2397 kilometr məsafəni qət etməsi mümkün olur, ancaq 4-cü bəndin (erməni silahlı qüvvələrinin çıxarılması) yerinə yetirilməsi 10 aydan artıqdır ki, həyata keçirilmir?! Rusiya sülhməramlılarının Mərkəz Hərbi Dairəsindən “perebroskası” dərhal yerinə yetirildiyi kimi Qarabağdakı qanunsuz birləşmələr də tam tərk-silah olunmalı, Azərbaycanın suverenliyi tam bərpa olunmalıdır.

    Sosial şəbəkələri izlədikdə də bu gün Azərbaycan xalqının bunu tələb etdiyini, getdikcə narazılığını daha aydın şəkildə dilə gətirdiyini görmək olar. Dağlı Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların canının, malının-mülkünün qorunmasına da Azərbaycan dövləti cavabdehdir. 
    Azərbaycan multikulturalizm siyasəti yürüdən, ərazisində yaşayan xalqların hüquq bərabərliyinə təminat verən hüquqi dövlətdir. Rusiya sülhməramlıları da qanunsuz erməni silahlı birləşmələrini ərazimizdən çıxarmalı, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin edəcək addımların atılmasına köməklik etməlidir. 
    Bu baş vermədikcə Azərbaycanda Rusiya sülhməramlılarına və Rusiyanın özünə mənfi münasibət davam edəcək. Azərbaycan cəmiyyəti rəsmi Moskvadan bu haqlı narazılığın aradan qaldırılması yönündə addımlar atmağı gözləyir.

    Rüstəm Muradovdan xüsusi reveranslar görmədik

    Hələlik isə sülhməramlılar Azərbaycan ərazisindədir və bu kontingentin ərazimizdə qalma müddəti üçtərəfli bəyanatın 3-cü bəndində göstərildiyi kimi 5 ildir. 
    Girişdə qeyd etdiyimiz kimi Rusiya sülhməramlılarının fəaliyyəti ölkəmizdə böyük həssaslıqla izlənilir. Həmçinin onların yeni komandanının kimliyi ilə bağlı xəbərlər də böyük maraq doğurur. 
    Hərçənd ki, sülhməramlılara komandanlıq edənin şəxsiyyəti bir o qədər önəmli olmalı deyil. Dağıstan doğumlu, tabasaranlı Rüstəm Muradovun fəaliyyətində Azərbaycana yönəlik xüsusi reveranslar görmədik. Milliyyətcə rus olan Kosobokovdan da hansısa gözləntidə olmağa dəyməz.

    Bununla belə jurnalist marağından çıxış edərək M.Kosobokovun həyat və fəaliyyəti ilə bağlı bir sıra məqamları oxucularla bölüşmək qərarına gəldik.
    Öncə onu qeyd edək ki, yeni komandanla bağlı açıq mənbələrdə məlumat olduqca azdır. Əgər Rüstəm Muradovla bağlı virtual ensiklopediya – “Vikipediya”da səhifə mövcudursa, M.Kosobokovla bağlı bunu demək mümkün deyil.

    Məlum olan odur ki, Mixail Yevgenyeviç 1999-cu ildə Ryazan Qvardiya Ali Hava-Desant Komandirləri Məktəbini bitirib. Qeyd edək ki, ordu generalı Vasili Marqelovun adını daşıyan məktəb 1918-ci ildə təsis olunmaqla Rusiyanın ən qocaman hərbi təhsil müəssisələrindən biridir.

    M.Kosobokov sülhməramlı kontingentin komandanı kimi ilk görüşünü Ermənistanın müdafiə naziri Arşak Karapetyanla keçirir. İrəvan, 9 sentyabr 2021-ci il

    M.Kosobokov daha sonra M.Frunze adına Hərbi Akademiyada ali hərbi təhsil alıb. Bu akademiyanın vəzifəsi ali hərbi təhsilli zabitlər və ali hərbi xüsusi təhsilli zabitlər hazırlamaqdan ibarətdir (qeyd edək ki M.Frunze adına Hərbi Akademiya 1998-ci ildən RF Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyası adlanır).

    Mixail Kosobokov əsasən separatçı bölgələrdə xidmət edib

    Mixail Kosobokov ali hərbi təhsilini başa vurduqdan sonra təyinatla RF Silahlı Qüvvələrinin 5 hərbi administrativ vahidindən (Qərb, Cənub, Mərkəz, Şərq hərbi dairələri və Şimal donanması) biri olan Cənub Hərbi Dairəsinə göndərilib. Onun demək olar ki, bütün xidmət müddət bu hərbi dairə ilə bağlıdır. 
    Cənub Hərbi Dairəsinin qoşunları və qüvvələri iki federal dairənin (Cənub və Şimali Qafqaz federal dairələri) inzibati sərhədləri daxilində dislokasiya olunub. Bura Adıgey Respublikası, Dağıstan Respublikası, İnquşetiya Respublikası, Kabardin-Balkar Respublikası, Kalmıkiya Respublikası, Qaraçay-Çərkəz Respublikası, Krım Respublikası, Şimali Osetiya Respublikası – Alaniya, Çeçenistan Respublikası, Krasnodar, Stavropol diyarları, Həştərxan, Volqoqrad və Rostov vilayətləri, Sevastopol şəhəri daxildir.

    Bundan əlavə, dairənin üç hərbi bazası Rusiyanın hüdudlarından kənarda yerləşir: separatçı Cənubi Osetiyada, Abxaziyada (1 fevral 2009-cu ildə yaradılıb) və Ermənistanda.

    2008-ci ilin avqust müharibəsindən (beşgünlük müharibə) sonra Rusiyanın Gürcüstandan qopararaq müstəqil dövlət kimi tanıdığı separatçı Abxaziyada yerləşən baza 7-ci Rusiya hərbi bazasıdır. Bu baza 49-cu ümumqoşun ordusunun tərkibindədir. M.Kosobokov 2014-cü ilin oktyabrında 7-ci bazanın komandiri təyin olunub. 
    “Regnum” agentliyinin saytında M.Kosobokovun 23 oktyabr 2014-cü ildə qondarma Abxaziyanın “prezidenti” Raul Xadjimba tərəfindən təyinatı münasibətilə qəbul olunduğuna dair məlumat mövcuddur.

    Raul Xadjimba görüş zamanı “Rusiya hərbi bazasının əvvəllər olduğu kimi Abxaziya Respublikasının Müdafiə Nazirliyi ilə sıx əlaqədə işləyərək vacib missiyanı - ölkələrimizin təhlükəsizliyini təmin edəcəyinə” ümid etdiyini bildirib.

    Alay komandiri isə öz növbəsində əmin edib ki, Rusiyanın köməyi və fəaliyyəti Abxaziyanın inkişafını təmin etmək məqsədi daşıyır.


    Müxtəlif dövrlərdə 7-ci bazanın komandiri olmuş şəxslər. Soldan sağa: generallar V.Qubkin, A.Dorofeyev, M.Kosobokov və polkovnik A.Yeqorov. Qudauta, Abxaziya, 2018-ci il

    Şəxsi heyətinin sayı 4 min nəfər olan bazanın qərargahı Abxaziyanın kurort şəhəri Qudautada yerləşir.
    M.Kosobokov 2017-ci ilədək bu bazaya komandirlik edib.
    O, general-mayor ali hərbi rütbəsini burada işlədiyi dövrdə – 20 fevral 2016-cı ildə alıb. Ona Rusiya Federasiyası Prezidentinin 73 saylı fərmanı ilə bu rütbə verilib.

    M.Kosobokovla bağlı daha bir maraqlı məlumat ekhokavkaza.com saytında mövcuddur. Saytda 19 iyul 2015-ci ildə yerləşdirilmiş məlumatda bildirilir ki, Abxaziyanın “müdafiə naziri” Merab Kşmariyanın əmri ilə Mixail Kosobokov Abxaziya və Rusiya xalqları arasındakı münasibətlərə verdiyi töhfəyə görə “Abxaziya xalqının 1992-1993-cü illər Vətən müharibəsində qələbəsinin 20 illiyi” medalı ilə təltif edilib.

    M.Kosobokov 2017-ci ildən sonra Rusiyanın Ukraynadan qopardığı Krımda xidmət etməyə başlayıb. O, burada Qara dəniz donanmasının ordu korpusunun komandir müavini vəzifəsini yerinə yetirib. Məhz burada işlədiyi dövrdə onun adı Ukraynanın müstəqil qeyri-dövlət təşkilatı olan “Mirotvorets” Mərkəzinin saytının “qara siyahısı”na daxil edilib.



    Ukraynanın “Mirotvorets” Mərkəzinin saytından screenshot

    Onun adı “terrorçulara döyüş sursatlarının verilməsinə və ona həvalə edilmiş Rusiya ordusunun bölmələrinin Ukraynaya istiqamətləndirilməsinə məsuliyyət daşıdığı üçün” siyahıya daxil edilib.

    Mixail Kosobokov Krımda 9 may - Faşizm üzərində Qələbə günü münasibətilə paradın əsas məşqi zamanı. 7 may 2017-ci il, Sevastopol

    Araşdırmamız M.Kosobokovun Krımda xidmətini başa vurduqdan sonra keçən ilin noyabr ayına qədər RF Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tabeliyində olan 58-ci ümumqoşun ordusunun 42-ci motoatıcı diviziyasına rəhbərlik etdiyini üzə çıxarıb.

    “Azadlıq” radiosunun erməni xidməti isə Mixail Kosobokovun son təyinatadək 58-ci ümumqoşun ordusunun komandan müavini vəzifəsini tutduğunu yazır. Sayt qərargahı Vladiqafqaz şəhərində yerləşən 58-ci ordunun hərbi hissələrinin Şimali Qafqazda, həmçinin, mübahisəli bölgə olan Cənubi Osetiyada dislokasiya olunduğunu bildirir.

    Səxavət HƏMİD

    Oxunub: 329
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.