Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb - QALMAQAL

Fransa ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırır.
Bu barədə Fransanın xarici işlər naziri Jan İv Lö Drian məlumat verib.
O bildirib ki, səfirlərin geri çağırılmasına səbəb ABŞ, Britaniya və Avstraliya arasında sualtı gəmilərlə əlaqədar bağlanan müqavilədir.
Nazir səfirlərin Fransa Prezidenti Emmanuel Makronun tapşırığı ilə geri çağırıldığını qeyd edib.
Hərbi-siyasi tərəfdaşlıq çərçivəsində nüvə əsaslı sualtı gəmilərin inşasına kömək etməklə bağlı ABŞ və Böyük Britaniya ilə razılığa gələn Avstraliya Fransa ilə analoji müqaviləni ləğv edib. 56 milyard avro dəyərində olan müqavilə “Barracuda” sinfinə aid 12 sualtı hücum gəmisinin inşasını nəzərdə tuturdu.
Lö Drian müqavilənin pozulmasını “arxadan vurulan zərbə” adlandırıb və Avstraliyanı etimadı sarsıtmaqda günahlandırıb./apa

Oxunub: 315
Xəbəri paylaş
Paylaş: