Türkiyə 9 dövlətə xəbərdarlıq etdi: "Birtərəfli münasibətdən əl çəkməyə dəvət edirik”
Türk mediası xəbər verir ki, nazirliyin 9 ölkəyə xəbərdarlığını XİN-in sözçüsü Tanju Bilgiç açıqlayıb.
“Avropa Birliyinin 9 ölkəsinin (Fransa, Xorvatiya, İspaniya, İtaliya, Malta, Portuqaliya, Sloveniya, Yunanıstan) sentyabrın 17-də Afinada keçirdikləri görüşün sonunda verdikləri ortaq açıqlamada Şərqi Aralıq dənizi, Kipr və düzənsiz köç mövzusunda fikirləri əvvəlki illərdə olduğu kimi tərəfli, vizionsuz və reallıqdan uzaqdır. Sözügedən bəyannaməyə imza atan Avropa Birliyi ölkələrini birtərəfli münasibətdən əl çəkməyə dəvət edirik”,-Türkiyə XİN bəyan edib.
Qeyd edək ki, 9 ölkənin birgə açıqlamasında Kipr məsələsində iki dövlətli həll variantı rədd olunur.
Bəyannamədə qitə şelfinin və iqtisadi bölgənin sərhədlərinin BMT-nin Dəniz Hüquqları Konvensiyasına uyğun olaraq sülh yolu ilə təyin edilməsi, Kiprin rum rəhbərliyinin çağırışı ilə irəli sürülüb. Məsələnin dialoq yolu ilə həll edilməsinin Beynəlxalq Ədalət məhkəməsində mümkünlüyünə diqqət çəkilir.
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: