Pandemiya daha iki il həyatımızda olacaq - İnfeksionist

Koronavirusun yoluxma arealının genişlənəcəyi və epidemioloji gərginliyin yenidən artacağı ilə bağlı proqnozlar verilir. İstər yerli, istərsə də xarici mütəxəssislər payızda koronavirusun daha güclü dalğası ilə üz-üzə qalacağımızı bildirirlər. Dalğanın söndüyü, yoluxmanın azaldığı bir dövrdə virusla bağlı təşvişedici xəbərlərin gəlməsi insanlar arasında narahatlıq yaradıb.
Həkim-infeksionist Vüqar Cavadzadə da pandemiya ilə bağlı qorxulu proqnozlar verib.
Onun sözlərinə görə epidemiyanın mütəmadi olaraq alovlaşmaları müşahidə edilə bilər:
“Payız mövsümündə havaların soyuması ilə əlaqədar olaraq virus infeksiayaları daha da aktivləşir və xəstəliktörətmə qabiliyyəti yüksək olur. Fikrimcə, noyabr və dekabr aylarında yoluxmalarla bağlı artım və azalmalar müşahidə ediləcək”.

Oxunub: 210
Xəbəri paylaş
Paylaş: