Hindistanda koronavirusdan ölənlərin sayı yarım milyona yaxınlaşır
Hindistandan ötən sutka ərzində yeni növ koronavirusa 30 773 nəfər yoluxub. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 33 448 163 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 309 nəfər ölüb və ölənlərin ümumi sayı 444 838 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 32 671 167 nəfəri sağalıb, aktiv xəstələrin sayı 332 158 nəfərdir.
Oxunub: 106
Xəbəri paylaş
Paylaş:





















