Ermənistanda koronavirus: sutka ərzində daha 507 nəfər yoluxub, 14 nəfər ölüb
Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 253 600 nəfərə çatıb.
Yerli KİV-in verdiyi məlumata görə, ötən sutka ərzində daha 507 nəfər COVİD-19-a yoluxub, 14 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 5 131 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 4 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 191 nəfərə yüksəlib.
Oxunub: 142
Xəbəri paylaş
Paylaş:





















