"Azəri-Çıraq-Günəşli" yatağından 4 milyardıncı barel neft hasil edilib
Bu barədə bp şirkətinin açıqlamasında bildirilir.
2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb.
AÇG yatağı həmçinin Azərbaycan hökuməti üçün ümumilikdə təxminən 50 milyard kubmetr səmt qazı təmin edib.
AÇG-də hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması və ikisi isə emal, qaz kompressiya, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan Azəri Mərkəzi Şərqi (ACE) hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cü ildə hasil olunacağı gözlənilir.
Hasil edilmiş neft və qaz həcmləri platformalardan dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına (Bakı yaxınlığında, quruda yerləşir) nəql edilir./report