Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. Agentlikdən verilən məlumata görə, sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 59 piyada əleyhinə, 4 tank əleyhinə mina və 85 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 324 hektar ərazi mina və PHS-lərdən təmizlənib.