İrandan gətirilən yarım tondan çox heroin saxlanıldı -
VİDEO
Azərbaycan gömrükçülərinin yarım tondan çox heroini müsadirə etdikləri bildirilir.
Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Latviyaya "kimyəvi maddə və quruducu qatqı" yükü aparan İran vətəndaşı Sıasatı Aşkan Bahmanın idarə etdiyi yük avtomobili saxlanıb:
"...Avtomobildə olan... 105 şəffaf paketə qablaşdırılmış... heroin aşkar edilib. Baxış zamanı paketlər elektron tərəzidə çəkilib və təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib".
Bu açıqlamaya sürücünün və ya onun vəkilinin münasibətini hələlik almaq mümkün olmayıb.
Oxunub: 235
Xəbəri paylaş
Paylaş: