Dünyada koronavirusdan ölənlərin sayı 5 milyona yaxınlaşır
21 sentyabra dünyada koronavirusa yoluxma hallarının sayı 229 081 792 təşkil edir. Bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında bildirilir. Qeyd olunur ki, 4 700 015 xəstəlikdən dünyasını dəyişib. 20 milyondan çox yoluxma ABŞ, Hindistan və Braziliyada qeydə alınıb.
Birləşmiş Ştatlar yoluxmuş və ölənlərin sayına görə lider olaraq qalır. Ölkədə 42 287 755 yoluxma halı aşkarlanıb, 676 59 nəfər ölüb.
Hindistanda təsdiqlənmiş yoluxmaların sayı 33 504 534 çatıb, 445 416 nəfər ölüb, Braziliyada isə 21 247 667 hadisə qeydə alınıb, 590 955 xəstə ölüb.
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: