Azərbaycana ən çox valyuta gətirən hansı məhsullardır?- İLK ÜÇLÜK

Dövlət Gömrük Komitəsi xəbər verir ki, xaricdə satılan Azərbaycan meyvə-tərəvəzinin dəyəri 364 miyon 678 min dollar olub.
Ölkəmizdən 393 min 949 ton meyvə - tərəvəz ixrac olunub.
Ölkəyə gətirdiyi valyutanın məbləğinə görə qeyri neft sektorunda ikinci yeri plastmass və onlardan hazırlanan məmulatlar tutub.
Bu məhsulların ixracından ölkəmizə 264 milyon 736 min dollar vəsait daxil olub.
İxrac edilən plastmassa və onlardan hazırlanan məmulatların miqdarı isə 277 min 737 ton olub.
Pambıqçılığın inkişafına ayrılan subsidiyalar da özünü doğrultmaqdadır. Belə ki, pambıq lifinin ixracı qeyri-neft sektorunda üçüncü pilləni tutub.
Yanvar-avqust aylarında Azərbaycandan 145 milyon 64 min dollar dəyərində, 94 min 358 ton pambıq lifi ixrac olunub.

Oxunub: 305
Xəbəri paylaş
Paylaş: