İran XİN başçısının müavini Səccadpur Bakıya gəlir
İran xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur Bakıya gələcək.
İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iranlı rəsmi İran, Azərbaycan və Türkiyənin araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün bu gün Bakıya üç günlük səfər edəcək.
Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycanın bəzi rəsmiləri ilə də görüşəcək.
Oxunub: 592
Xəbəri paylaş
Paylaş: