Sentyabrın sonuna qədər ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının üç dəstəsi İraqı tərk etməyə hazırlaşır. Bunu İraq ordusunun komandanı general-mayor Təhsin əl Xafaci deyib. O, İraqa artıq xarici ordulara ehtiyacın olmadığını bildirib.