Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Amerikalı milyarderin yeni pandemiya proqnozu: "Bu, təsəvvür edilə biləcək ən pis şey deyil...”
  • “Camaatdan köhnə avtomobilləri yığın və onlara sərfəli şərtlərə yenilərini satın”
  • Ölkəyə elektromobil idxalının önü açılır - “Böyük təlabat var, avtopark yenilənməlidir”
  • “Toyota” Çindəki fəaliyyətini dayandırır
  • Bayramqabağı avtomobil bazarında vəziyyət – Videoreportaj
  • Qəzaya uğramış, suda batmış avtomobillər kütləvi şəkildə Azərbaycana gətirilir - Araşdırma /FOTO

    • Tarix: 22-09-2021, 11:15


    Pandemiya paradoksları və yaxud milli avtomobil bazarının özəllikləri

    1-ci paradoks

    COVID-19 bəşəriyyət tarixinin axarına çoxsaylı müdaxilələr etdi. Ölkələrin, xalqların yaşam tərzinə, məşğuliyyət növlərinə təsir göstərdi və görünür, bu proses hələ də davam edəcək. 100 ildən çoxdur ki, insanın həyat və fəaliyyətini avtomobilsiz təsəvvür etmək mümkün deyil. Avtomobil sektoru qlobal dünya iqtisadiyyatında nəhəng pay sahibidir, lakin təəssüf ki, bu gözəgörünməz virus avtomobil istehsalatına da ağır zərbə endirdi. Əvvəlcə panikaya düşən potensial müştərilər düşündülər ki, başlıcası cansağlığıdır, maşın almaq vaxtı deyil. Daha sonra müxtəlif ölkələrdə “lokdaun”lar tətbiq edildi, zavod-fabriklər və diler satış mərkəzləri bağlandı.

    Doğrudur, çox keçmədi ki, bu müəssisələr yenidən açıldı, lakin ehtiyat hissələri, xüsusən də elektron çiplərin qıtlığı istehsalçılara bu günə qədər tam gücü ilə işləməyə imkan vermir. 
    İlk baxışdan paradoksal görünsə də, pandemiya müddətinin uzanması dünya avtomobil bazarını həm də tam iflasdan xilas etdi. Belə ki, xəstəlik keçirib onun ağrılarına bələd olan insanlar virusdan qorunmaq üçün fərdi nəqliyyat vasitəsinin nə dərəcədə vacib olduğunu kütləvi halda dərk etməyə başladılar. Əksər ölkələrdə ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətlər qoyulduğundan, xüsusən, iri şəhərlərin sakinləri, o cümlədən, hələ iki-üç il əvvəl avtomobil barədə düşünməyən ailələr də maşın almaq imkanlarını analiz etməyə başladılar.

    Bəs görəsən bizim ölkədə bu imkanlar nə dərəcədə realdır?

    Gəlin əvvəlcə adətən ən çox avtomobil satılan regionların statistikasına ötəri nəzər salaq.
    Məlumdur ki, koronavirusun dünya turu Çindən başladı. Lakin statistika göstərir ki, bu ölkədə yeni avtomobillərin satışına pandemiyanın ciddi təsiri olmadı. Belə ki, 2020-ci ildə 2019-cu ilə nisbətən minik avtomobillərinə tələbat cəmi 6,7 faiz azaldı. Amma nəzərə alaq ki, pandemiyadan əvvəlki iki il ərzində də burada azalma müşahidə olunurdu. Bir sözlə, virus dünyanın ən nəhəng avtomobil bazarı - Çin bazarını çökdürə bilmədi.
    2020-ci ildə satış həcmlərinə görə dünyanın ikincisi - ABŞ bazarında 14,59 milyon minik və yüngül kommersiya avtomobili satıldı, bu isə əvvəlki ildən 14 faiz az idi. Məlumdur ki, Avropadan fərqli olaraq, bu ölkə ikinci “lokdaun”a getmədi və görünür məhz elə bu fakt avtomobil bazarını daha güclü zərbədən qurtardı.
    Avropada, Böyük Britaniya daxil olmaqla, 2020-ci ildə avtomobil satışları 2019-cu illə müqayisədə 24,3 faiz azalaraq 12 milyon ədədə yaxın oldu. Qitənin ən iri bazarı - Almaniyada təzə minik avtomobillərinin qeydiyyatı 19 faiz, Fransada - 25,5 faiz, İtaliyada - 27 faiz, İspaniyada - 32,3 faiz azaldı.

    2-ci paradoks

    Gəlib çatdıq Azərbaycana. Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına görə, 2020-ci ildə Azərbaycana 49 692 ədəd minik avtomobili idxal olunub. Bu göstərici 2019-cu ilin göstəricisindən 15,1 faiz çoxdur. Belə çıxır ki, bizim avtomobil bazarı üçün heç bir pandemiya-filan təhlükəli deyil. Bütün dünyada satış azalır, bizdə isə əksinə… Nədir bunun sirri? 
    Əslində, heç bir sirr filan yoxdur, sadəcə Çində, Amerikada, Avropada insanlar təzə avtomobillər alıb qeydiyyatdan keçirdiyi vaxtda, biz onların illərlə istifadə etdiyi köhnə, bir çox hallarda qəzadan çıxmış, suda batmış, təhlükəsizlik və ekoloji baxımdan istismara tamamilə yararsız minik avtomobillərini ölkəyə daşıyırıq. Bunların müqabilində isə xaricə külli miqdarda valyuta çıxarırıq. Belə ki, 2020-ci ildə idxal olunan avtomobillərin ümumi dəyəri 647 596 790 ABŞ dolları təşkil edib. Görəsən, bu pulun nə qədəri təzə avtomobillər üçün ödənilib?
    Sıralarında rəsmi idxalçıları birləşdirən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən aparılan araşdırmalara əsasən, 2020-ci ildə ölkəyə gətirilən yeni avtomobillərin sayı 9-10 min arasında olub. Deməli, il ərzində 40 min köhnə avtomobil gətirilib. Ölkənin bugünkü avtomobil parkının tərkibinə diqqət yetirək. AADA-nın analizinə görə təxminən 1 milyon avtomobilin (bu, ümumi avtoparkın 80 faizidir) istismar tarixi 10 ildən çoxdur. O cümlədən, 300 mindən artıq avtomobilin 20, 125 min avtomobilin isə 30 yaşı var. Nəhayət, 100 mindən artıq maşın 40 ildən də əvvəl istehsal olunub. Bu məlumatlar, ümumilikdə, yollarımızda 500 mindən çox təhlükəli və ətraf mühit üçün son dərəcə ziyanlı olan avtomobillərin istismar olunduğundan xəbər verir. Ən dəhşətlisi budur ki, köhnə və yaxud buraxılış ili nisbətən yaxın, lakin qəzaya uğramış, suda batmış, qaynaqla yapışdırılımış avtomobillərin kütləvi idxalı davam etməkdədir.



    3-cü paradoks

    DGK-nin rəsmi məlumatına görə, 2021-ci ilin təkcə birinci yarısında  Azərbaycana 474 615 000 ABŞ dolları dəyərində 47 374 ədəd avtomobil idxal olunub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 70,5 faiz çoxdur. Belə getsə, ilin sonuna qədər xaricdən 100 min avtomobil daşıyıb rekorda imza atacağıq. İndi isə görək hansı avtomobillərdən söhbət gedir? Adi bir bölmə əməliyyatı göstərir ki, idxal olunan hər bir avtomobilin qiyməti, təxminən, 10 min dollardır. Lakin nəzərə alaq ki, ölkəyə orta seqmentə, eləcə də premium və lüks siniflərə mənsub, qiyməti 50, 100, 150 min dollar və daha yüksək olan təzə avtomobillər də gətirilir. Say baxımından o qədər də çox olmasa, ümumi məbləğin önəmli bir hissəsini bunlara aid etmək olar. Belə çıxır ki, gətirilən ikinci əl avtomobillərinin gömrüyə qədərki orta dəyəri daha da aşağı, təxminən 6-7 min dollardır. Tamamilə aydındır ki, belə nəqliyyat vasitəsi heç bir təhlükəsizlik və ekologiya tələblərinə uyğun gələ bilməz. Məhz bu səbəbdən avtomobillər hətta cüzi qəzaya uğradıqda, nəticəsi onsuz da ürək açmayan ölüm statistikasını artırır. Milli Onkologiya Mərkəzinin dəhlizləri isə nəfəs yollarının xərçəngi diaqnozundan əziyyət çəkənlərlə doludur.  

    4-cü paradoks

    Pandemiya öncəsi Almaniyanın Frankfurt şəhərində keçirilən son avto-şou günlərində ekologiya problemləri ilə məşğul olan ictimai qurumlar pavilyonların qarşısında perfomans təşkil ediblər. Benzinlə işləyən avtomobilləri hündürə qaldırıb, yerə çırpırdılar. Deyirdilər ki, tezliklə Avropa yollarında yalnız elektrik güc aqreqatları ilə hərəkətə gələn nəqliyyat vasitələri hərəkət etməlidir. Soruşdum, bəs görəsən havanı zəhərləyən avtomobillərin hamısı belə məhv ediləcək? Əsla! Su qiymətinə bizə sırıyırlar və sırıyacaqlar, qoy bizim balalar zəhərlənsin. Növbəti paradoks odur ki, idxal olunan işlənmiş minik avtomobillərinin gətirildiyi ölkələrin siyahısı yalnız Almaniya və Amerika ilə bitmir. Təkcə bu ilin ilk rübündə Azərbaycana dünyanın 30-dan çox ölkəsindən maşın gətirilib:
    Rusiya, Almaniya, ABŞ, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya və Şimali İrlandiya, Cənubi Afrika, Çexiya, Çin, Fransa, Hindistan, İndoneziya, İran, İspaniya, İsveç, İtaliya, Kanada, Koreya, Macarıstan, Mavriki, Mavritaniya, Meksika, Mərakeş, Niderland, Rumıniya, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Yaponiya, Yeni Zelandiya.
    Görəsən, bu ölkələrin hamısında “yol hərəkətinin təhlükəsizliyinə dair” dövlət proqramları qəbul olunubmu? Bizdə belə proqram qəbul olunub və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib. Sənədin tam adı belədir: 
    Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı. Proqramda “texniki reqlamentlərə cavab verməyən nəqliyyat vasitələrinin, onların ehtiyat hissələrinin, ləvazimat və istismar materiallarının Azərbaycan Respublikasına idxalının, satışının, istifadəsinin, habelə sair formada dövriyyəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsi”, “aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına idxalının, ölkə ərazisində alqı-satqısının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması üçün tədbirlər görülməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi”, “ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması” kimi tədbirlər nəzərdə tutulur.

    Xülasə

    Tamamilə aydındır ki, ölkənin avtomobil parkının yenilənməsi prosesi kompleks şəkildə həyata keçirilməlidir. Yəni köhnə avtomobillərin idxalına hər hansı məhdudiyyət tətbiq etməzdən əvvəl, yeni avtomobillərin idxalı üçün gömrük rüsumları, satışları üçün kredit şərtləri dəyişməlidir. Bu şərtlər əhalinin böyük əksəriyyəti üçün əlçatan olmalıdır. Əks halda, ölkəyə avtomobil adı altında metal qırıntılarının daşınması davam edəcək.
    Avtodilerlər assosiasiyası mütəmadi olaraq Nazirlər Kabinetinə, müvafiq nazirliklərə və digər rəsmi qurumlara bu problemləri və onların həlli yollarını əks etdirən təkliflər ünvanlayır, müzakirələr təşkil edir, KİV-lərdə açıqlamalar verir. Rəsmi avtomobil idxalçıları yuxarıda qeyd edilən Dövlət proqramının həyata keçirilməsində öz çiyinlərinə düşən məsuliyyəti tam dərk edir və ölkəyə ən müasir, təhlükəsiz və ekoloji avtomobillər gətirərək əhaliyə yüksək xidmət göstərməyə hazırdırlar. Dünyanın bütün inkişaf etmiş ölkələrində hökumət qurumları hər hansı biznes sektorunun inkişafını tənzimləyən normativ sənədlər hazırlayarkən həmin sektoru təmsil edən biznes-assosiasiyalarla dialoq qurur, onların təcrübəsindən yararlanırlar. AADA belə dialoqun intensivliyinin tərəfdarıdır. Şəhərlərimizin gözəlliyi, yollarımızın təhlükəsizliyi və gələcək nəsillərin sağlamlığı naminə./aada.az

    Natiq Zərbəliyev,
    Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri

    Oxunub: 235
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.