Azərbaycanın dövlət orqanlarına haker hücumu olub
Şirkətin yaydığı məlumata görə, hakerlər dövlət orqanlarının elektron poçtuna girişi imitasiya edən saytlar yaradır, əldə etdikləri informasiyanı isə dövlət orqanlarına hücum yaxud “qara bazar”da satmaq üçün istifadə edir.
Hücuma məruz qalan ölkələr sırasında Azərbaycan, Çin, Qırğızıstan, Özbəkistan, Ermənistan, Belarus, Ukrayna, Türkmənistan və s. ölkələr yer alıb. Rusiya Elmlər Akademiyası, Mail.ru poçt xidməti və s. də hücuma məruz qalan qurum və təşkilatlar sırasındadır.
“Cyjax” şirkəti 50-dən çox şübhəli domeni analiz edərək onların 2020-ci ilin yazında yaradılmağa başladığını müəyyən edib.
“Hazırda müxtəlif ölkələrin Xarici İşlər, Maliyyə və Energetika Nazirliklərinin əməkdaşlarına saxta elektron poçta daxil olmaları üçün bildirişlər göndərilir”, - deyə şirkət xəbərdarlıq edir./modern.az