Prezident Muxtar Babayevə daha bir vəzifə verdi -
SƏRƏNCAM
Dəyişikliyə əsasən, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Cəmiyyətin Müşahidə Şurasına sədrlik Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə həvalə olunub.
Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Səməd Bəşirli və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Anar Novruzov olub.