Bu ölkədə "qanuni oğru"lar üçün xüsusi həbsxanalar yaradılır

Ukraynada "qanuni oğru"lar üçün xüsusi həbsxanalar açılacaq. İndi Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə belə bir qurumun yardılmasını nəzərdən keçirir.
Bu haqda informasiya “informator.ua” saytında yerləşdirilib.

""Qanuni oğru"lar həm azadlıqda, həm də həbsxanalarda təhlükəlidirlər, çünki çox böyük təsirə malikdirlər”. Bu barədə Ədliyyə nazirinin müavini Yelena Vısotskaya Dom telekanalının efirində danışıb.
Onun sözlərinə görə, cinayətkarlar həbsxana rəhbərliyinə də təsir edə bilirlər:
“Odur ki, həmin şəxsləri neytrallaşdırmaq çox vacibdir və bunun üçün xüsusi imkanlar və avadanlıqlar, xüsusi bir rejim yaratmaq lazımdır. Hələlik onlar ayrı-ayrı koloniyalarda qalacaq, çünki bu təcrübəni bütün 109 quruma tətbiq etmək üçün hələ pulumuz yoxdur”, deyə Vısotskaya qeyd edib.

Vısotskaya hesab edir ki, gələn il Ukraynada "qanuni oğru"lar üçün xüsusi qurumlar yaradıla bilər.
Xatırladaq ki, Ukraynada ən nüfuzlu iki "qanuni oğru" saxlanılıb.
Bundan əlavə, Odessada Mamuka Xonski ləqəbli qanuni oğru ələ keçirilib.
“İnformator.ua” saytı azərbaycanlı mərhum "qanuni oğru" "Lot Quli"nin qrupuna aid olan iki nəfərin saxlanıldığını da yazıb. Onlar Odessada adam oğurluğu ilə məşğul olurmuşlar.

Oxunub: 389
Xəbəri paylaş
Paylaş: