Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Bəyanatda Qarabağın statusu haqqında bir kəlmə də yoxdur”- "Paşinyan, nə oldu bəs?"
  • Erməni tapdağındakı Qarabağda rusca erməni şüarı: “Biz gələcəyimizə inanırıq!.."
  • Latış həkim rusca danışmadığı üçün qürur duyur: "Rus dilinə qarşı qlobal nifrət artır!"
  • Baş nazirdən yaşı 65-dən yuxarı olan müəllimlərlə bağlı QƏRAR
  • İrəvana yük daşıyan sürücülər azərbaycanlılar deyil, xüsusi agentlərdi...- Sayman Aruz
  • BALALARINI RUSCA OXUDANLAR, ÇOX PEŞMAN OLACAQSINIZ...

    • Tarix: 23-09-2021, 18:45


    “Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” deyə bir status yazdım. Təbii ki, rezonansa səbəb oldu. Statusu  bəyənən də oldu, çox şərh yazıldı, bir çox izləyicim paylaşdı. Paylaşanlar içində rusdilli bir qrup da vardı. Onlar isə təhqirə keçdilər... 

    Məşhur rus pedaqoqu Konstantin Uşinskinin öz sözləri ilə başlayım bu yazıya:
    “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir.

    Hər şey buxar mühərrikinin, dəmir yolunun, radionun, Kimyəvi Elementlərin Periodik Cədvəli və onlarla, yüzlərlə, hətta minlərlə kəşfin qonşularımız tərəfindən öz adlarına çıxarmaları ilə başlayır yəqin. Televizoru açırsız “Периодическая Система Химических Элементов Менделеева” görür, qəzeti açırsan “Радио Попова” oxuyur, radiodan isə Çerepanov qardaşları haqda “əfsanələr” eşidirsiz. 
    Bunların təsiri böyükdür, Rusiyanı elmin, tərəqqinin, mədəniyyətin beşiyi kimi təqdim edirlər. Və bu təbliğatın, ki onun yaşı 200-ə çatır, təsiri altına düşüb, vurulursuz bu möhtəşəm tarixə. 
    Halbuki böyük mədəniyyətlər Şərqdə, Balkanlarda yaranmışdır. Rusiyanın yazılı tarixindən çox-çox əvvəl, “Слово o Полку Игореве” eposundan minlərlə il əvvəl yaranmışdır bu böyük mədəniyyətlər. Qonşularımız millət kimi formalaşana qədər Dünyada çox mədəniyyətlər yaranıb süqut etmiş, yeniləri yaranmışdı. 
    Bəşəroğlu elmin, tərəqqinin arxasınca gedəndə artıq nə elədiyinin fərqində idi. Platon, Sokrat, Aristotel insanlığa töhvələr verib, düşüncəyə, məfkurələrə təsir edəndə “Çaadayev, Solovyov, Tolstoy və Dostoyevskilər” yox idilər. 
    Qədim dövrlər ədəbiyyatı, orta əsrlər ədəbiyyatı kimi zəngin bir keçmişə gəlin baş vurmayaq. Opponentlərimi çətinə salmayım çox. İnanın ki, hər biri üzərində tək-tək durmağa vaxtım yoxdur, bəlkə də heç ehtiyac da görülmür buna, sadəcə bəzi “dəmir kimi sərt” gerçəkləri paylaşım deyə düşünürəm.

    Haşıyədən kənara çıxmaq kimi baxmayın. Seçim üçün, tarixdəki rolu üçün “Ölkələr və İxtiralar” bölümünə bir nəzər salaq:

    Buxar mühərriki - İngiltərə
    Dəmir yolu - İngiltərə
    Poçt markası - İngiltərə
    Televiziya - Almaniya
    Motorsiklet - Almaniya
    Avtomobil - Almaniya
    Helikopter - Fransa
    Multiplikasiya - Fransa
    Kino - Fransa
    Piano - İtaliya
    Radio - İtaliya
    Kaset - Hollandiya
    Dinamit - İsveç
    Teleqraf - ABŞ
    Yol işıqları(svetofor) - ABŞ
    Kassa aparatı - ABŞ
    Fotokopiya aparatı - ABŞ
    Traktor - ABŞ
    Atom bombası - ABŞ
    Aeroplan - ABŞ
    Kondisioner - ABŞ
    Elektrik plitəsi - ABŞ
    İnternet - ABŞ
    Diqqət edin, burada 18-ci əsr də var, 21-ci əsr də. 
    Burada Bəşəriyyətə verilən töhvələr, sənaye inqilablarını təşviq edən möcüzələr var.

    Şərqdə poeziyanın dili farsca, Qərbdə isə almancadır" yazmışdım bir məqaləmdə. Bir dostum yazıb sormuşdu  ki, bəs ingilis dili nəyin dilidir. Düşünmədən yazmışdım:
    “21-ci əsrin, IT texnologiyalarının, Süni İntellektin, bu günün və sabahın dilidir”. 

    ***

    “Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” statusuma sərt müxalifət edən bir nəfər də soruşmadı ki, niyə və ya nədən peşman olacağıq. Cavab verim özüm verdiyim suala…
    11 il sonra ancaq rusca danışa biləcək uşaqlarınız. Əmin olun ki, belə olacaq. 
    Riyaziyyat, fizika, kimya, kodlaşdırma bilməyəcəklər. 
    Bilirsiz niyə? 
    Çox sadə səbəbi var. Çoooox sadə. 
    Çünki məktəblərdə onları tədris edən müəllim yoxdur. Bəli, müəllim qıtlığı var rus məktəblərində.
    Ey dili-qafillər, yoxdur, müəllim yoxdur bilin artıq bunu.
    Bax həm də buna görə üsyan edirəm.

    Hansı gənc indiki dövrdə sənədlərini Pedaqoji universitetin məs., riyaziyyat fakultəsinin rus bölümünə verir. Haradan alacaqlar bəs sizin artan rus sektorlarınıza riyaziyyat, fizika, kimya, kodlaşdırma müəllimlərini? Tapa  bilməyəcəklər, il-ildən sayları da azalır bu müəllimlərin.
    Bəs nə olacaq bu durumda?
    Heç nə olmayacaq, 70-80 il əvvəlki kimi idman müəllimi fizika, əmək müəllimi kimya tədris edəcək. 
    Kodlaşdırmanı filanı isə unudun, o sahədə zatən müəllim yoxdur, qalmışdı rus dilində kod yazmağı bilənlər...
    11 illik rus məktəbində təhsilə “11 illik rus dili kursları” deyirlər.
    Ağlamalı deyilmi – uşağını 11 il oxut ki, rusca danışsın!...
    Buna necə razı olmaq olar?
    Yoxsa siz Molokan bağı ətrafındakı kafelərin, mağazaların üzərindəki iş elanlarına görəmi hərəkət edir, övladınıza gələcək qurursuz: “Rus dilini bilən ofisiant və satıcı lazımdır”.
    Əminəm ki, aranızda övladları 21-ci əsr peşələrinə yiyələnmək istəyən ata-analar da var. Məsələn, kosmik biologiya, mühəndis-genetik, yaşıl şəhərlər memarlığı, bio-etika, dijital linqvistika, data jurnalistikası və s.

    Bütün bunlar nəinki Rusiya universitetlərində tədris olunur, inanın ki, onların çoxları heç adlarını belə eşitməyiblər. 
    Bu söylədiklərimi bəzi rəsmi statistik datalarla da göstərməyə çalışacam. 

    Süni İntellekt (AI) sahəsində patent müraciətlərinə baxın. Bu şirkətlər içərisində qonşumuzun bir dənə də şirkəti varmı? Nə qədər geridə olduqlarını bu statistikasız da bilirsiz axı.

    1 IBM
    2 Microsoft
    3 Toshiba
    4 Samsung
    5 NEC
    6 Fujitsu
    7 Hitachi
    8 Panasonic
    9 Canon
    10 Alphabet
    11 Siemens
    12 Sony
    13 Toyota
    14 NTT
    15 SGCC

    Bütün dünya "Əşyaların İnterneti" (Internet of Things) haqda danışır. İnkişaf mərhələlərinə bir baxaq: 

    1 İnternet öncəsi - İnsandan insana 
    2 Kontent İnterneti - WWW 
    3 Xidmətlər İnterneti - WEB 2.0 
    4 İnsanların İnterneti - Sosial Media 
    5 Hər Şeyin İnterneti - Cihazdan cihaza

    Qərb Dünyası addım-addım, səbrlə, hər mərhələni “həzm edərək”, zənginləşdirərək bir sonrasına keçib. Ancaq qonşu ölkə 4-cüdən o yana keçə bilmir – resurslar tükənib, təhsil sistemi tənəzzül içindədir, demoqrafik və sosial problemlərlə boğuşur. İqtidarları hakimiyyətini sərhədlərdən oyana münaqişə zonaları yaratmaq, oralara müdaxilə etmək və “derjavaçılıq” nərələri ilə saxlamağa çalışırlar. Ancaq hara qədər?

    İki qonşunu sadə misalla qarşılaşdıraq:

    Dövlət xərcləri (1 ildə) 

    Yaponiya: 
    Əhalisi: 127 milyon 
    Səhiyyə: $473 milyard 
    Təhsil: $162 milyard 
    Ordu: $48 milyard 
    Yollar: $37 milyard 

    Rusiya: 
    Əhalisi: 146 milyon 
    Səhiyyə: $45 milyard 
    Təhsil: $50 milyard 
    Ordu: $61 milyard 
    Yollar: $9 milyard

    Bu rəqəmləri ətraflı şərh etməyək. Sadəcə təhsilə ayrılan pullara baxsaq bu bizə xeyli informasiya vermiş olacaq...

    və Çin arasındakı rəqabətə bir baxın:
    – Çin 2016-da növbəti "Beşillik İnkişaf Planı"nı hazırlamışdı;
    – Bu planın "Stratejik Məsələ" bölümündə əsas yeri Kvant (Quantum) Kompyuterlər tutur. Bəşəriyyətə yeni çağ açacaq bu nəhəng maşın üçün Çin ABŞ-dan 2 dəfə daha çox patent alıb. 
    – Quracaqları “Kvant Milli Data Servisləri Laboratoriyası “üçün çinlilər 10 milyard dollar xərcləyirlər.

    Google ve NASA Kvant kompyuterlərində üstünlüyü ələ alıblar. Ancaq Çin ABŞ-ın çox da gerisində deyil, hətta amerikalılar onun nəfəsini ənsələrində hiss edirlər.

    2020-2030 arasında dünyada ölkələr arasındakı texnolojik fərq uçurum təşkil edəcək. Təbii ki, sadəcə bircə laboratoriya üçün 10 milyardlar xərcləyən millətlər istiqbal əldə edəcəklər. Betona pul qoyma dövrü çoxdan keçmişdə qalıb. Pulu beyinlərə xərcləyən ölkələrdə o beyinlər elmi-texniki tərəqqinin memarlarına çevrilirlər…

    Gəlin aşağıda “Tədris hansı dildə olmalıdır?” sualına cavab axtaraq bir yerdə. Amma bu boş bir məşğələ olacaq, çünki artıq dil deyəndə “kod” başa düşülür. Uğur qazanan ölkələr balalarına “xəyal qurmağı öyrədən” ölkələr olacaqlar. Xəyal isə Ana dildə qurulur, Ana dili laylalar, nağıl və əfsanələr, Məlikməmməd və Koroğlulardır. 

    Dünyada mübarizələrin, hətta müharibələrin nə uğrunda və necə gedəcəyinə baxanda nə görürsüz? Bir az da bunlar haqda düşünün:

    - Silahlanma yarışı kimi Süni İntellekt uğrunda yarış başlayıb;
    - Uduzanlar qaliblərin koloniyalarına çevriləcəklər;
    - Yetərli datanız varsa bir ölkəni əsgərlə kontrol etməyə gərək qalmayacaq;
    - Süni İntellekt inqilabı siniflər və ölkələr arasında görülməmiş bir bərabərsizliyə yol açacaq (19-cu əsrdə ilk sənayeləşən İngiltərə və Yaponiyanın dünyanın bir çox bölgəsini kontrol etməsi kimi);
    - Süni İntellekt yarışında ABŞ və Çin böyük bir fərqlə önə keçərək digər ölkələri geridə qoyublar;
    - Süni İntellektin gücünü, yaratdığı faydaları insanlar arasında adil şəkildə paylaşmasaq Süni İntellekt bəzi mərkəzlər üçün görülməmiş sərvət və güc mənbəyinə yol açacaq. Digər ölkələr isə çökərək, “data koloniyalarına” çevriləcəklər.

    Çox uzaqlara sürükləməyim sizi, hərdən Yuval N. Harariyi vərəqləyin bir az ya da Frensis Fukuyamanı. Hətta kitabları uşaqlarınıza da oxuyun. Çalışın oxutdurun…

    Bu arada deyim ki, mütləq İlon Maskı da oxumalıdır uşaqlarımız. O İlon Maskı ki, Rusiya rəsmi təbliğatı gecə gündüz onu “fırıldaqçı”, “əfsanə satan”, “uğursuz mühəndis”, “pulgir və yalançı kosmos heyranı” adlandırırlar.

    Halbuki onları “yandıran” özəl bir şirkətin (SpaceX) dövlətin “Roskosmos” kimi bir nəhəngini “böyrüüstə” qoymasıdır. 50 yaşlı bir adam 10 il ərzində kosmos ənənələri güclü bir ölkəni tarixin uzaq küncünə sıxışdırdı.

    Mən 3 il əvvəl İlon Maskı Ana dilimizə tərcümə edəndə gənc nəsli düşünərək etmişdim. İstəyirdim ki, bizdən sonra gələnlər Elmə inansınlar, Elmi sevsinlər, gecələr yatanda beyinlərdə möhtəşəm layihələr, fantaziyalar, xəyallar qursunlar, xəstə nənə və babalarına çarə üçün Allahdan açıq zehin, oturma qabiliyyəti və çalışma şövqü istəsinlər. Və xəyalları da Ana dilində olsun, duaları da…

    Gəlin yenə xəyal dünyasından gerçəklərə baxaq. Məsələn, Süni İntellekt üçün xərclənənlərə:
    - Süni İntellekt texnoloji təşəbbüslərinə dəstək fondlarının 81 %-i ABŞ və Çin şirkətlərinə xərclənir;
    - Patent üçün 2018-də müraciət edən 20 qlobal şirkətin 12-si Yaponiya, 3-ü ABŞ, 2-si Çindəndir…

    Axtarmayın, burada da onlar yoxdurlar. Ola bilməzlər. Huqo Şmayser birdən birə Kalaşnikov olanda başlamışdı proseslər. Üstündə durmayaq, bu haqda da çox yazmışam. Ancaq dillərə görə Web kontent üzərində bir az dayanaq. Zatən dillər deyilmi mövzumuz.

    2018-ci il rəqəmlərinə görə İnternet kontentinə bir fikir verin. Bu rəqəmlər “Biz dünyaya Rus dili üzərindən açılacağıq” deyənlər üçün son dərəcə maraqlı olmalıdır:
    İngilis: 51.2%
    Rus: 6.8%
    Alman: 5.6%
    Yapon: 5.5%
    İspan: 5.1%
    Fransız: 4.1%
    Portuqal: 2.6%
    İtalyan: 2.4%
    Çin: 2.1%
    Polyak: 1.7%
    Fars: 1.7%
    Turk: 1.4%
    Koreya: 1.0%
    Çex: 0.9%
    Ərəb: 0.7%
    (W3Techs)

    Əziz valideynlər, statistikanı daha dar çərçivədə verirəm indi. Üç böyük ölkəni götürdüm, onların Elmi potensialını, Texnoloji Qüdrətini, Beynəlxalq Arenadakı nüfuzunu oxuyacaqsız bu çılpaq rəqəmlərdən. FB statuslarımda bunlara “Çox Şey Deyən Rəqəmlər” deyirəm:

    Yüksək texnologiyaların ixracı:

    ÇİN: 496 milyard $
    ABŞ: 153 milyard $
    RUSİYA: 7 milyard $

    Dərc olunmuş Elmi məqalə sayı:

    ÇİN: 426 min 165
    ABŞ: 408 min 985
    RUSİYA: 59 min 134

    Beynəlxalq patentlər:

    ABŞ: 56 min 624
    ÇİN: 48 min 882
    RUSİYA: 1 min 097

    Sadə bir həqiqəti unuduruq (ya da işimizə gəlmədiyi üçün qəbul etmək istəmirik) – “Uşaq Ana dilində tədris almalı, dilləri sonradan öyrənməlidir”. Bu, o qədər təbii bir yanaşmadır ki. Onun gözəlliyi, zərifliyi ondadır ki, bu sadə qayda bütün ölkələr tərəfindən qəbul edilmiş bir həqiqətdir. Tərsi müzakirə belə olunmur, çünki nonsensdir əksi, absurddur. 

    Ən ağlasığmaz olanı budur ki, bizim düşdüyümüz vəziyyətin dünyada bənzəri yoxdur. Dünyanın nə inkişaf etmiş, nə də geridə qalmış ölkələrində (bir neçə Afrika ölkəsini çıxmaq şərtilə) belə bir şey yoxdur. Cinayətdir bu həm də. Bu, ölkənin suverenliyini təhlükəyə atan, onun gələcəyini baltalayan, bütün tariximizi, milli-mədəni irsimizi silib atmaq deməkdir.

    Və sonda çıxış yolları haqda mənim təvazökar düşüncələrim.

    Nə velosiped ixtira edirəm, nə də Amerikanı kəşf etməyə çırmalayıram qollarımı. Bütün dünyada görülən praktikanı götürüb tətbiq etməyi təklif edirəm. Heç uzağa da getməyə ehtiyac yoxdur.

    Beləliklə, 
    Azərbaycanda təhsilin 3 hissədən ibarət olmasını düşünək:

    1. İbtidai təhsil – 4 il
    2. Orta təhsil – 4 il
    3. Lisey – 3 il
    Daha sadə şəkildə 2 hissə kimi də görmək olar:
    1. İbtidai və orta – 8 il
    2. Lisey – 3 il

    – İbtidai və orta təhsil ancaq və ancaq Ana dilində olsun;
    – 8 ildən sonra isə valideynlər uşaqlarını istədikləri dildə – ingilis, rus, fransız, ərəb və b. dillərdə oxuda bilərlər; 
    – Xarici dillərdə təhsil rus dili də daxil pullu təhsil olmalıdır.

    Xarici dillərdən birinə imtiyazlar verilib, digərlərini bundan məhrum etmək, zənnimcə doğru deyil. Məsələn, nə üçün rus dilində təhsil pulsuz, ancaq ingilis dilində pullu olmalıdır?

    Bir çox Avropa ölkəsində də belədir. Uzağa getməyək, Türkiyədə də təhsil sisteminin əsasını Ana dil təşkil edir. Belə ki,
    – Uşaqlar 8-ci sinfi bitirəndən sonra LGS (Liseye Geçiş Sınavı) imtahanı verirlər. Olduqca çətin imtahandır;
    – İmtahanlardan uğurla çıxanlar Türkiyənin əfsanəvi Robert Kollec, Galatasaray Liseyi, Avstriya liseyi, Notre-Dame de Sion Fransız Liseyi, Üsküdar Amerikan Liseyi, Qalileo Qaliley İtalyan Liseyi kimi məktəblərinə qəbul olunurlar;
    – Bu məktəblər pulludurlar, təhsil haqqı isə çox yüksəkdir. Ancaq xüsusi istedadlı və yüksək bal (hardasa 100-dən 100) toplayan gənclər təqaüd alaraq pulsuz oxuyurlar; 
    – Bu gənclərin çoxu məzun olduqdan sonra dünyanın ən əlçatmaz əfsanəvi universitetlərinə qəbul olunurlar.

    Zənnimcə, çox önəmli bir məsələ daha var. 
    “İki dövlət, bir millət” fəlsəfəsi və onun 2-ci Qarabağ müharibəsindəki böyük rolu, xalqımıza verdiyi güc, Ordumuza verdiyi böyük mənəvi dəstək. Biz Türkiyəyə Ana dilimiz üzərindən bağlıyıq, eyni dili danışmasaq bu qədər böyük birlik və yardımlaşma mümkün ola bilərdimi?

    Ancaq gəl gör ki, bu total rus dilində təhsil “modası” bizim uşaqlarımızı Türkiyədən ayıracaq. Axı onlar türklərlə nəinki ünsiyyət qura biləcək, onlarla ortaq gələcəkdən məhrum olacaqlar.
    Bu cümlələri də düşünməniz üçün yazdım. Çünki bunlar başqa bir fəlakətin xəbərçiləridir.

    Artıq Türkiyəyə gələn bizim rusdillilər tələb edirlər ki, burada rus məktəbləri açılsın. İnanmayanlar olacaq buna, ancaq belədir bu. Restoranlarda rusca anlamayan ofisiantları “çuşka” adlandırdıqlarına şahid olmuşam…

    Türkiyə ilə bağları qoparmaq olmaz. İndiki həssas dövrdə, şimaldan cənubdan təhdidlərin artdığı bir zamanda bunun nələrə gətirib çıxaracağı isə mövzumuz deyil bu gün. 

    ***

    Mənim həyəcan təbili çalmağım Ölkəmin gələcəyinə yeni insanlar yetişdirmək eşqindən, yanğısından gəlir. Yoxsa Ana dilim kimi bildiyim Rus dilinə, ədəbiyyatına qarşı deyiləm. 
    Tanıyanlar mənim mütaliəmi də bilirlər, dünya görüşümü də, kimlərin tələbəsi olmuşam, elmi rəhbərim kim olub, namizədlik dissertasiyamı harada və nə mövzuda etdiyimdən də xəbərdardırlar. 
    Bu səbəbdən də yazdıqlarım haqda istənilən hər kəslə açıq debata, polemikaya hazıram – Bu şeytan, bu meydan. Yoxsa ki, sosial şəbəkələrdən təhqiramiz ifadələr işlədib, komplekslərini bəlli edən, kin, nifrət, aqressiya nümayiş etdirməklə uzağa getmək olmaz. 

    FB-da gənc bir xanım yazdığı kommentdə məktəbli qızının 4 dildə danışdığını, rus sektorunda oxuduğunu yazır və rişxəndlə mənə “Bizim üçün narahat olmayın” deyir. Ona belə cavab verdim: 
    “Sizin üçün əsla narahat olmaram. Siz qızınızın gələcəyini düşünərkən, biz millətimizin gələcəyini düşünürük”.   

    Başqa bir izləyicim isə mənim səviyyəmi ölçməyə təşəbbüs etmişdi. O da yuxarıdakı xanımdan geri qalmır, özünün və oğlunun rus ədəbiyyatının tamamını mütaliə etdiyini (şəxsən tanıdığım üçün bunun belə olmadığını bilirəm), Tolstoy və Dostoyevskidən dəm vurdu.

    Sürəkli Tolstoy və Dostoyevskini – Dünya Ədəbiyyatının mübaliqəsiz 2 nəhəng isminin adını çəkir, onları orjinaldan oxumaq kimi mənasız arqument gətirirlər. 

    Birincisi, balalarını rus dilində məktəbə göndərən qadınların əksəriyyəti nəinki rusca bilmir, heç Tolstoyla Dostoyevskini bir-birindən ayıra da bilmirlər. Onlar rusca danışanların “yüksək təbəqəyə” aid olacaqları kimi gülünc bir gözlənti içindədirlər. 

    İkincisi, rus məktəblərini bağlayan qonşu Gürcüstanda, hətta elə ermənilər, nədir, onlar rus ədəbiyyatını orjinaldan oxumurlar deyə bizdən gerimi qalırlar? Və ya fransızlar, almanlar, ərəblər uşaqlarını rus məktəbinəmi qoymalıdırlar? Qoymalıdılar ki, rusların 18-19-cu əsr ədəbiyyatının qəhrəmanlarını – bədbəxt rus qadını obrazlarınımı öyrənsinlər?...

    Yuxarıda 21-ci əsrdə ədəbiyyatdan daha vacib şeylər olduğunu, zəmanənin başqa tələblər ortaya qoyduğunu, İnsan “Növünün” planetlərarası həyata hazırlaşdığını ön plana çəkmişdim. Mənim mənsub olduğum yaş qrupu və bizim atalarımız təəssüf ki, insanlıq tarixinin ən çox mütaliə edən nəsillərinə məxsusdurlar. 
    Bizdən sonrakılar belə deyillər. X, Y nəslindən sonra gələn Z “jenerasyonu” (2000-ci illərdə doğulanlar) başqadırlar, axı heç olmasa bunları görün, analiz edin. Siz onların əlindən smart telefonlarını, iPad-lərini alıb Dostoyevskinin agır psixoloji romanlarınımı oxudacaqsınız? Bunu edə biləcəyinizə ciddi şübhəm var…

    Rus elmi pedaqoqikasının banisi K.D.Uşinski ilə başlamışdım. Yazımı başqa bir rus pedaqoq – akademik, professor Gennadiy Volkovun sözləri ilə bitirirəm. Onun bu sözləri də bütün “Rus dili sevdalıları” ilə Stokholm sindromuna yoluxanlara getsin:
    “Milləti ən təmiz şəkildə uşaqlar təmsil edir. Uşaqlarda millilik öləndə millətin ölümü başlayır”.

    Gələcək Çox Tez Gələcək!
    Gələcək Elmlə Gələcək!
    Gələcək Ana Dilimizlə Gələcək!

    İbrahim NƏBİOĞLU

    ​(Yazı müəllifin facebook səhifəsindən götürülmüşdür)

    Oxunub: 581
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.