Ərdoğan sərt danışdı:
“Buş, Obama və Trampla yaxşı işlədim, Baydenlə isə...”
“Bundan əvvəl heç bir ABŞ lideri ilə belə bir durumla üzləşməmişəm”.
Amerikalı həmkarı Co Baydenlə bağlı jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib.
“İstəyim budur ki, biz iki NATO ölkəsi olaraq bir-birimizlə düşmənçilik etməyək, dost olaq. Həm baş nazir, həm də prezident kimi 19 illik idarəetmə həyatımda ilk dəfədir ki, Amerika ilə münasibətlərimiz yaxşı nöqtədə deyil. Mən oğul Buşla, cənab Obama ilə yaxşı işlədim, cənab Trampla da yaxşı işlədim, amma cənab Baydenlə yaxşı başladığımızı deyə bilmərəm”.