Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat...
  • ALİ MƏKTƏBLƏRDƏ DƏRSLƏR NECƏ KEÇİRİLƏCƏK? - Nazir açıqladı
  • Tələbələrin bir ixtisasdan digərinə köçürülmə qaydası açıqlanıb
  • Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb
  • "Hər il 3 faiz tələbə müxtəlif səbəblərdən ali məktəbdən xaric olunur"- Təhsil naziri
  • 30 İLDİR HƏLLİNİ GÖZLƏYƏN PROBLEM...- Tələbələrin yataqxana təminatı nə zaman gerçəkləşəcək?

    • Tarix: 25-09-2021, 14:00



    Azərbaycanın ali və orta ixtisas məktəblərində 160 min nəfərdən artıq tələbə təhsil alır. Və bu tələbələrin əsasən 3 ənənəvi problemi var: yataqxana, dərsliklər və təhsil haqqı.

    Son illər həyata keçirilən proqramlar çərçivəsində dərslik problemi demək olar ki, aradan qaldırılıb. Xüsusən, internet imkanlarının genişlənməsi tələbələrin lazım olan dərs vəsaitlərini əldə etməsində mühüm rol oynayır.

    Təhsil haqlarının yüksək olması problemi isə olduğu kimi qalır. Doğrudur, bir neçə ildir qəbul planında dövlət sifarişli yerlərin sayı artırılıb, amma universitetlər ödənişli ixtisaslara görə yüksək təhsil haqqı tələbindən vaz keçməyiblər. Bu səbəbdən hər il yüzlərlə tələbə ali məktəblərdə oxumaqdan imtina edir...

    Tələbələr az qala yataqxananın nə olduğunu bilmirlər

    Tələbə kontingentinin əsas qayğılarından olan yataqxana probleminə gəldikdə isə bu problemin az qala 30 yaşı var, amma onun həlli istiqamətində əhatəli tədbirlər hələ də həyata keçirilməyib. 
    Nəticədə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Lənkəran şəhərlərində yerləşən ali məktəblərə qəbul olunan tələbələrin (başqa rayon və şəhərlərdən gələnlərin - red.) əksəriyyəti kirayə mənzillərdə yaşamağa məcbur olur. Bu da tələbə valideynləri üçün əlavə yükdür, eyni zamanda tələbələrin özü üçün də diskomfort yaradır.



    Ölkədəki tələbə yatqxanaları ya baxımsızlıqdan yararsız vəziyyətə düşüb, ya da həmin binalarda məcburi köçkünlər yerləşdirilib. Bundan əlavə, bəzi universitetlərin ümumiyyətlə yataqxanası yoxdur. Xarici ölkələrdə təhsilin səviyyəsi ilə yanaşı hər bir şəraiti olan tələbə evlərinin yaradılmasına böyük önəm verilir. Amma Azərbaycanda tələbələr az qala yataqxananın nə olduğunu belə bilmirlər.

    Yerlərin sayı az, qiymətlər baha

    Bakıda və başqa şəhərlərdə yataqxanası olan bəzi universitetlərdə isə tələbələrdən aylıq 20 - 100 manat arası ödəniş tələb olunur. Tələbələr sosial şəbəkələrdə yazırlar ki, yataqxana şəraiti və qiymətlərlə bağlı bir sıra problemlərlə üzləşirlər. Əsas şikayətlərdən biri yataqxanalarda yerlərin sayının az olması ilə bağlıdır.

    Sərxan Quliyev bildirir ki, Naxcıvan Dövlət Universitetində təhsil alır və hər il yataqxanaya 350 manat ödəniş edir. O, kirayə mənzillərin baha olduğundan yataqxanada qaldığını deyir.

    Bakı Mühəndislik Universitetinin tələbəsi Ürfan Nemətov isə qiymətlərin bahalaşmasından şikayətlənir. Bildirir ki, ötən il yataqxana ödənişi 250 manat idisə, bu il 300 manat olub.



    Bu il Bakı Avrasiya Universitetinə qəbul olan Rəşad Eyyubov bu universitetin ümumiyyətlə yataqxanasının olmadığından, hələlik qohumlarının evində qalacağını deyir. Daha sonra kirayə bazarında qiymətlərin ucuzlaşmasını gözləyib ev axtarışına çıxmaq niyyətindədir.

    Bakı Slavyan Universitetinin tələbəsi Nərgiz Hüseynova yataqxanada yer olmadığından, orada qala bilmədiyini bildirir. Onun sözlərinə görə, universitetin 5 yataqxanasından cəmi biri fəaliyyət göstərir ki, orada da əsasən müəllimlər və xarici tələbələr yerləşdirilib.

    "Təhsilin əlçatan olması üçün sosial problemlər öz həllini tapmalıdır"

    Təhsil eksperti Kamran Əsədov bu problemi şərh edərkən deyib ki, sosial problemlər təhsilin keyfiyyətinə ciddi təsir göstərən amildir. Onun sözlərinə görə, təhsilin əlçatan olması üçün bu çətinliklər öz həllini tapmalıdır.

    Ekspert qeyd edir ki, uzun illərdir ali məktəbə qəbul olan tələbələr bir müddət sonra ciddi problemlərlə qarşılaşırlar. Bu problemlərin başında da yataqxanaların olmaması durur.



    "Yataqxana məsələsi bu il də həllini tapmayıb. Baxmayaraq ki, hər il rəsmi qurumlar problemin aradan qaldırılması ilə bağlı vədlər verirlər. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən də bəziləri öz yataqxanalarını təmir edib, müasirləşdiriblər. Lakin onlar bütün tələbələrin ehtiyacını tam qarşılamır", - deyə ekspert vurğulayıb.

    K.Əsədov hesab edir ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır: "Özəl yataqxanalar dünyanın bir çox ölkələrində var, onlar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsilin əlçatan olması yalnız bilik verməklə bağlı deyil. Məşhur universitetlərin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı təhsil ocaqları kampus - tələbə şəhərciyinin əhatəsində fəaliyyət göstərir.
    Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər, hətta şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub".

    Ekspert problemin həlli yolu kimi, iş adamlarının yataqxanalar tikib tələbələrin ixtiyarına verməsini təklif edir: "Dövlətin bu işdə onlara yardım göstərməsi lazımdır. Məsələn, bunun üçün torpaq sahələri pulsuz verilə bilər. Yaxud, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə bilər. Bu, həm də onlar üçün əlavə gəlir mənbəyidir. Nəticədə tələbələrin ən ciddi problemlərindən biri həllini tapar".

    Hansı universitetlər tələbələrə yataqxana təklif edir?

    Bəs, universitetlərdə mövcud şərait nədən ibarətdir? Yataqxana şəraiti, güzəştlər, tələb olunan ödəniş tələbələri qane edəcək səviyyədədirmi?

    Bakı Ali Neft Məktəbində(BANM) tələbə evində yaşayanlar yataqxana xərclərindən tam azaddırlar. Tələbələrin bununla bağlı bütün xərcləri universitet tərəfindən qarşılanır.
    Azərbaycan Texniki Universitetinin(ATU) yataqxanasında məcburi köçkünlər məskunlaşdığından hazırda orada tələbələri yerləşdirə bilmirlər.



    Dövlət İqtisad Universitetinin(UNEC) Mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova bildirib ki, universitetin 5 yataqxanası mövcud olsa da, onların heç birində tələbələr yaşamır: "Uzun müddətdir həmin binalarda məcburi köçkünlər məskunlaşdığından, tələbələri oraya yerləşdirmək mümkün deyil.
    Hazırda yeni yataqxananın tikintisi üçün hansısa tədbirlər görülmür. Yalnız məcburi köçkünlər oradan çıxarıldıqdan sonra həmin binalar təmir olunaraq tələbələrin istifadəsinə verilə bilər".

    Bakı Dövlət Universitetinin(BDU) Mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib ki, bu ali məktəbin tələbə evi yalnız ənənəvi tədris başlayandan sonra istifadəyə veriləcək: "Müasir standartlara cavab verən 220 nəfərlik yeni tələbə evində tələbələrin yaşaması və təhsilini davam etdirməsi üçün bütün şərait yaradılıb.
    Binada 104 otaq var, onlar 2 və ya 3 nəfərlikdir. Birinci mərtəbənin qapısında giriş-çıxışa nəzarət üçün avtomatik sistem quraşdırılıb. Bu da tələbələrin təhlükəsizliyini təmin edir. Həmçinin, pandemiya şərtləri nəzərə alınıb və yataqxanaya dezinfeksiya məhlulları yerləşdirilib".



    Milli Aviasiya Akademiyasının saytında yerləşdirilən məlumata görə, bu təhsil müəssisəsinin yataqxanası müasir standartlara cavab verir. Binada tələbələr üçün hər bir şərait yaradılıb. Qeyd edək ki, yataqxanada aylıq ödəniş 100 manatdır.

    Bakı Mühəndislik Universitetinin(BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, hazırda universitetdə 300 nəfərlik iki yataqxana fəaliyyət göstərir. Onun sözlərinə görə, bu yataqxanalar müasir standartlara cavab verir: "Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları mövcuddur. Əlavə olaraq valideynlərlə görüş üçün qonaq otaqları var. Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti də fəaliyyət göstərir. Tədbirlər və seminarlar keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb".

    E.Babayev xatırladır ki, hər iki yataqxanada təhlükəsizlik məsələlərinə ciddi riayət olunur. Sentyabrın 29-dan universitetlərdə əyani tədris bərpa olunacağından, BMU-da yataqxanaların fəaliyyəti pandemiya şəraiti nəzərə alınmaqla bərpa olunacaq. Tələbələrin yataqxanalara onlayn formada qeydiyyatına başlanılıb: "Qeydiyyat 15-25 sentyabr 2021-ci il tarixlərində davam edəcək. Yataqxanada aylıq ödəniş isə 50 manatdır".

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 320 nəfərlik yataqxanası var. Ali məktəbin saytında yazılıb ki, aylıq ödəniş məbləği 100 manat təşkil edir. Burda 2-3 tələbə bir otaqda qalaraq, məbləği bölüşdürə bilərlər.



    Azərbaycan Dillər Universitetinin(ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli bildirib ki, ADU-nun oğlanlar və qızlar üçün ayrıca 2 yataqxanası mövcuddur. Amma oğlanlar üçün tikilən yataqxanada məcburi köçkünlər qaldığından, tələbələri orada yerləşdirlə bilmirlər:
    "Digər yataqxanada isə tələbələrimiz yerləşdirilib. Hər bir şəraitlə təmin olunmuş bina 205 nəfərin yerləşməsi üçün nəzərdə tutulub. A.Cəfərli qeyd edir ki, pandemiya ilə bağlı tələbə qəbulu prosesində hansısa dəyişiklik nəzərdə tutulmayıb. Yataqxananın aylıq ödənişi 20 manatdır. ADU rəhbərliyi tələbələrin maddi durumunu əvvəlcədən nəzərə alaraq, qiyməti ona uyğun müəyyənləşdirib. Yeni tədris ilində 200 tələbə yataqxanada yerləşdirilib.

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəcibə Mirzəyeva bildirib ki, universitetin 5 yataqxanası var. Amma hazırda onlardan yalnız biri fəaliyyət göstərir: "Çünki digər yataqxanalarda məcburi köçkünlər məskunlaşıblar. Onlar evlə təmin olunub köçürülsələr də binalar qəzalı vəziyyətdədir. Hazırda fəaliyyət göstərən yataqxananın tutumu 252 nəfərlikdir.
    Orada qalmaq üçün əcnəbilər 40, yerli tələbələr isə 30 manat ödəməlidirlər". N.Mirzəyeva qeyd edir ki, sözügedən yataqxana iki il əvvəl universitetin vəsaiti hesabına təmir olunub. Tələbələr yataqxanada qalmaq üçün Tələbə Həmkarlar Təşkilatına(THT) müraciət edirlər. Qəbul aparılarkən şəhid ailələrinin yaxınlarına və övladlarına, aztəminatlı ailələrə, müharibə iştirakçılarına güzəştlər olunur".

    Sumqayıt Dövlət Universitetinin(SDU) Mətbuat Xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib ki, universitetin 2 yataqxanasında 1992-ci ildən məcburi köçkünlər məskunlaşıblar.
     Onlar yeni qəsəbəyə köçürüldükdən sonra yatqxanalar yenidən universitetin tabeliyinə verilib. N.Cəlilli qeyd edir ki, 1 saylı yataqxana hazırda təmirdədir:
    "Universitetdə həyata keçirilən böyük layihələrdən biri yataqxananın əsaslı təmir olunmasıdır. Çünki tələbə yataqxanasının olmaması dünyanın bir sıra qabaqcıl universitetləri ilə bağlanmış müqavilələrimizi həyata keçirməyə, xarici tələbələrin qəbuluna və tələbə mübadiləsi proqramlarının icrasına problemlər yaradırdı.
    Artıq burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılır, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi quraşdırılır, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz edilir".

    Lənkaran Dövlət Universitetinin(LDU) Mətbuat və İnformasiya xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, 2019-cu ildə universitetin 160 nəfərlik yeni yataqxanası istifadəyə verilib. 
    Onun sözlərinə görə, tələbələr üçün binada hər cür şərait yaradılıb: "Binada qalmaq xərci kommunal xidmətlər də daxil ayda 50 manatdır. İstilik sistemi, su xətləri, internet şəbəkəsi yaxşı vəziyyətdədir.
    Yataqxanada qeydiyyat aparılarkən əsasən ucqar rayonlardan universitetə müraciət edənlərə üstünlük verilir: "Yerləşdirmə işləri davam edir və tam başa çatmayıb. Hazırda müraciət edənlərin sayı çoxdur. Düşünürəm ki, yataqxana tam dolacaq. Həmçinin, bu il universitetin əlavə tədris korpusu tikiləcək, hazırkı 5 mərtəbəli bina isə yataqxana kimi rekonstruksiya olunacaq"./azpolitika

    Elvin Bəyməmmədli

    Oxunub: 437
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.