Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb
Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı, Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkini təqdim edib.
Tərəflər Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib. Görüşdə Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti müzakirə edilib, sülhməramlı missiyanın səmərəli fəaliyyətindən məmnunluq ifadə olunub.
Görüş iştirakçıları regional təhlükəsizlik problemləri ilə bağlı da fikir mübadiləsi aparıb.