“Məni seçkilərdə iştirakdan ancaq həkimin hansısa bəd xəbəri daşındıra bilər”- Donald Tramp
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə iştirakdan ancaq hansısa ağır xəstəliyə düçar olması halında vaz keçəcəyini söyləyib.
Xarici KİV xəbər verir ki, bu barədə o, “Real America's Voice” radiostansiyasına verdiyi müsahibədə bəyan edib.
Qeyd etmək lazımdır ki, sabiq prezident 2024-cü il üçün planları barədə dəfələrlə danışsa da, bununla bağlı qəti söz söyləməyib. Buna əsas səbəb seçkiqabağı kampaniyada maliyyə hesabatlarının verilməsində yaranacaq çətinliklərdir.
Buna görə də proqramın aparıcısı sualı bir qədər dəyişdirərək verib : “Sizi həmin niyyətdən vaz keçirəcək başqa bir səbəb varmı?”.
Donald Trampın bu suala cavabı maraqlı olub: “Yəqin ki, həkimdən hansısa pis xəbərin verildiyi bir telefon zəngi və ya buna bənzər bir hadisə ola bilər...”
Xatırladaq ki, Donald Tramp 2017-ci ildə prezident seçildiyi zaman 75 yaşı olub. Bu, onun həmin vaxta qədər ABŞ tarixində ən yaşlı prezident ünvanı qazamasına səbəb olmuşdu. Lakin 2020-ci il seçilərində 78 yaşlı Bayden ona qalib gəlməklə bərabər yaş rekordunu da qırıb.
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: