Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
  • Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI
  • Hər il sentyabrın 27-si Azərbaycanda ANIM GÜNÜ kimi qeyd ediləcək
  • Anım Günü ilə əlaqədar saat 12:00-da bütün yollarda hərəkət dayandırılacaq
  • Azərbaycanda "ZƏFƏR GÜNÜ"nün tarixi dəyişdirildi...- Prezidentdən Türk dünyası üçün daha bir dəyərli addım
  • 27 SENTYABR - TARİX OXUMAQDAN TARİX YAZMAĞA KEÇDİYİMİZ GÜN!

    • Tarix: 27-09-2021, 09:15



    Dünyada itirdiyi əraziləri 30 il keçsə də unutmayan və qaytarmağı bacaran xalqlar çoxdurmu?

    Bu ildən 27 sentyabr Azərbaycanda “ANIM GÜNÜ” kimi qeyd edilir və təbii ki, bu günün məhz belə adlandırılması daha düzgündür – şəhidlərimizə, onların ailə üzvlərinə, eləcə də bütünlükdə xalqımızın qan yaddaşına hörmət əlaməti olaraq. Ancaq bu gün həm də millətimizin yaddaşında uzun dövrdən bəri həsrət qaldığı şanlı qələbə tarixi yazmağımızın başlanğıc günü kimi qalacaq.

    Haradan haraya gəldik...

    Bu millət və dövlət 2020-ci ilin 27 sentyabrına olan durumuna, yəni böyük iradə, qətiyyət, iqtisadi, hərbi və siyasi güc əldə etdiyi günə, hər bir ailənin vətən uğrunda şəhid verməyə hazır olduğu ana qədər olduqca böyük yol keçib. Məhz bu yolda xalq və dövlət olaraq durmadan çalışmağımız, dözdüyümüz məhrumiyyətlər, çəkdiyimiz əziyyətlər bəhrəsini verdi - nəhayət, 1990-cı illərin əvvəllərindəki əzilmiş, aşağılanmış, sahibsiz, hətta bəzən ümidsiz bir xalqdan, dövlətdən bu gün bütün dünyanın barəsində danışdığı, Ukraynadan Gürcüstana qədər xalqların öz siyasi hakimiyyətlərinə nümunə göstərdiyi, Avstraliyadan ABŞ-a qədər orduların təcrübəmizi öyrəndiyi bir məmləkətə çevrildik. Əlbəttə ki, bu nailiyyət xalqın, millətin və dövlətin birgə zəhmətinin bəhrəsidir.



    30 ildən də az vaxtda dikəldik, dirçəldik, gücləndik və haqq-halalımız olanı geri ala bildik. Əslində, 30 il unutmaq üçün kifayət edə biləcək qədər çox, lakin dirçəlmək, güclənmək üçünsə o qədər də böyük olmayan zaman kəsiyidir.

    Qoy, bizi sevməyən xarici güclər və xüsusilə də daxildə öz xalqını bəyənməyənlər unutmasınlar ki, dünyada itirdiyi əraziləri unutmamağa və 30 ildən sonra qanı, canı bahasına qaytarmağa çox az sayda xalq nail olub. Rusiyanın “arxa bağçası” hesab edilən MDB məkanında isə bunu yalnız Azərbaycan bacarıb!

    “Aprel döyüşləri”- ermənilər ağıllanmaq üçün son şansı necə qaçırdılar?

    Hələ Mübariz İbrahimovun misilsiz, dastan olacaq qəhrəmanlığı göstərirdi ki, dünyanın ən böyük gücləri belə hər nə qədər çalışsalar, bu xalq Qarabağın itirilməsilə barışmayacaq.



    2016-cı ilin “aprel döyüşləri” isə həm ermənilər, həm də onların havadarları üçün olduqca güclü bir siqnal idi. Bunu bir çoxları anlamasalar da, Ermənistan rəhbərliyindəki “Qarabağ klanı” qanmamış deyildi.

    Ermənistanın o vaxtkı prezidenti, hərbi cani və erməni xalqının bugünkü faciələrinin əsas baiskarlarından olan Serj Sarqsyanın həmin döyüşlərdən sonra savaş bölgəsinə gələndə sifətinə çökmüş ifadə – qorxu, həyacan və qəzəb ondan xəbər verirdi ki, bu cinayətkar da artıq erməniləri yaxın gələcəkdə gözləyən faciəni dərk etmişdi (Həmin kadrlara baxsanız, bu gerçəkliyi görərsiniz).



    Ermənistanda əksər politoloqlar, siyasətçilər bu gün də “Qarabağ klanı”nın hakimiyyəti bilərəkdən, asanlıqla, qansız-qadasız Nikol Paşinyana təhvil verməsini təsadüfi saymırlar. Ermənistanda çoxları hesab edirlər ki, xüsusilə “aprel döyüşləri”ndən sonra sarqsyanlar, koçaryanlar və digər məlum cinayətkar dəstə üzvləri işğal olunmuş torpaqların Azərbaycan tərəfindən geri qaytarılacağı anın elə də uzaqda olmadığını anlamışdılar.
    Məhz buna görə qarşıda Ermənistanı və erməni xalqını gözləyən acı, alçaldıcı və qaçılmaz məğlubiyyətə görə məsuliyyətdən boyun qaçırmaq üçün hakimiyyəti müvəqqəti də olsa əldən verməyə razılaşdılar.

    44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətə və böyük insan itkisinə baxmayaraq, ermənilərin əksəriyyətinin yenə Paşinyana səs verməsinin səbəblərindən biri də “Qarabağ klanı”nın bu oyununun deşifrə edilməsi idi. Ancaq nə Koçaryan-Sarqsyan cütlüyü, nə də onlardan sonra gələnlər məğlubiyyətin bu qədər sürətlə və dəhşətli ölçülərdə olacağını, Azərbaycanın möhtəşəm zəfər qazanacağını təsəvvür etmirdilər...

    “Paşinyan erası”nın başlanğıcı, Qarabağ işğalının sonu

    İstər rəsmi səviyyədə, istərsə də cəmiyyətdə və beynəlxalq müstəvidə Qarabağdakı savaşı qaçılmaz edən səbəblərdən biri kimi Nikol Paşinyanın Qarabağa gedərək, “Qarabağ Ermənistandır” deməsi və Şuşada “şıllaq atması”, eləcə də ermənilərin o vaxtkı müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” tezisini səsləndirməsi göstərilir.



    Ona görə də hadisələrə bu günün prizmasından baxanda ağıla ilk gələn şey “yaxşı ki, Paşinyan və komandası həmin səhvləri buraxdı” fikridir. 
    Təbii ki, buna görə hardasa Paşinyana bir “təşəkkür borcumuz” da var. Lakin hər şeyi məhz bu səhvlərə bağlamaq sadəlövhlük olardı. Çünki Azərbaycanın bu savaşa girməsi və qələbə çalmasının daha fundamental və ciddi səbəbləri, əsasları var.

    Onların sayı kifayət qədər çoxdur – buraya Azərbaycanın xalq və dövlət olaraq, bir an da Qarabağdan vaz keçməyi ağlının ucundan belə keçirməməsi, ordunun xüsusilə son 15 ilə yaxın müddətdə durmadan gücləndirərək, erməni ordusundan qat-qat üstün duruma gətirməsi, iqtisadi cəhətdən Cənubi Qafqazın ən güclü və stabil dövlətinə çevrilməsi, bütün basqılara rəğmən beynəlxalq arenada öz ölçülərinə görə nüfuz sahibinə çevrilməsi, səbrlə “X saatını” gözləməsi, nəhayət, Türkiyə ilə münasibətlərin ən üstün səviyyəyə qalxması və qardaş ölkənin bu münaqişəyə münasibətdə birmənalı və qətiyyətli mövqe tutması və s. daxildir. Bütün bu sadaladığımız və sadalamadığımız səbəblər Ermənistanı səhv etməyə və məğlub olmağa məhkum etmişdi – İrəvanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq.

    Tovuz Qarabağdan çox da uzaqda deyilmiş...

    Ermənistan ötən ilin iyulunda Tovuz istiqamətində təxribat törədəndə istər yerli, istərsə də xarici KİV-lər xüsusi olaraq bir məqama diqqət yetirirdilər ki, bu bölgə Qarabağdan yüzlərlə kilometr uzaq məsafədə yerləşir və Qərb üçün də strateji əhəmiyyət daşıyan enerji xətlərinin keçdiyi bu gərginlik ocağının Qarabağla əlaqəsi yoxdur. 
    Ancaq cəmi iki ay yarım sonra Qarabağda başlayan savaş göstərdi ki, əslində Tovuz Qarabağdan çox da uzaqda deyilmiş və ermənilərin burada yandırdıqları atəş tezliklə od-alova çevrilərək Qarabağda öz başlarına yağdırılacaq.



    Bəli, məhz Tovuz döyüşləri, oradakı igid oğullarımızın, generalımız Polad Həşimovun şəhadəti və bundan sonra Bakıda və Sumqayıtdakı xalq qəzəbinin, savaş tələbinin nümayişi Qarabağda bizi gözləyən qələbəmizin ilk carçısı oldu – Allahşükür Paşazadənin dediyi kimi, hansısa ayətullahın “fətvası” yox!

    Artıq Tovuz döyüşləri havadan kəskin barıt qoxusu gəldiyini göstərirdi. Bu illər ərzində Azərbaycan Qarabağda qələbəyə aparan yolda lazım olan çox şey, bəlkə də hər şey etmişdi. Sanki bircə xalqın qəti iradəsi və savaş tələbi qalırdı, onu da Tovuzdakı hadisələrdən sonra Bakıda baş verənlər ortaya qoydu.
    Məhz buna görə hakimiyyət Milli Məclisin binasına daxil olan nümayişçilərlə belə, sərt davranmadı. Çünki hər kəs anlayırdı ki, bu, başqa bir mövzudur, spontan reaksiyadır, hətta xalq hərəkatıdır - nə hakimiyyət davası, nə də təxribat deyil...

    “Beşinci kolon” ənənəvi rolunu oynaya bilmədi

    Savaşın qaçılmaz olduğunu Paşinyan və komandası da gec də olsa anlamışdı. Müharibədən sonra Paşinyan deyirdi ki, müharibəni gözləyirdilər, sadəcə vaxtını dəqiq bilmirdilər. Bu da səbəbsiz deyildi. Çünki Azərbaycan Ordusundakı “beşinci kolon” təcrid olunmuşdu və artıq nə 1990-cı illər nə də 2016-cı ilin apreli deyildi...



    Ona görə də Azərbaycanın əks-hücum planları barədə heç nə öyrənə bilməmişdilər. Əslində, 27 sentyabr öncəsi təkcə ordudakı deyil, ümumilikdə hakimiyyətin daxilindəki “beşinci kolon” da xeyli zəiflədilmişdi və onun hadisələrin gedişinə təsiri, daxildə təxribat törətmək, xaricdəki mərkəzlərin sifarişlərini yerinə yetirmək və onlara məlumat ötürmək imkanları minimuma endirilmiş, bunu edə biləcək əsas iri fiqurlar oyundan kənarlaşdırılımışdı.

    Ermənilərin müharibəni təhlil edən hərbi ekspertlərinin böyük əksəriyyəti Ermənistanın ilk günlərdən məğlubiyyətə uğramasının əsəs səbəblərindən biri kimi həm də kəşfiyyat və hərbi əks-kəşfiyyat sahəsində yetərincə məlumatların əldə olunmaması, erməni kəşfiyyatının bu sahədə Azərbaycandan xeyli geri qalmasını göstərirlər. Sözsüz ki, buna da məhz “beşinci kolon”un mümkün qədər zərərsizləşdirilməsi hesabına nail olunmuşdu.

    Nəhayət, 27 sentyabr bizi 10 noyabra – qələbəyə apardı. Doğrudur, hazırda 10 noyabr razılaşmasının bir neçə bəndi yerinə yetirilməmiş qalır – erməni qanunsuz hərbi birləşmələri hələ də Qarabağdadır, Zəngəzur dəhlizi açılmayıb, yollar, komunikasiyalar bağlı olaraq qalır, azərbaycanlı məcburi köçkünlərin Xankəndi, Xocalı da daxil olmaqla, yurd-yuvalarına dönüşünə şərait yaradılmır və s.



    Rusiya isə öz “tarixi missiyasına” uyğun olaraq, qanunsuz erməni hərbi birləşmələrini dirçəltmək üçün dəridən-qabıqdan çıxır, öz kontingentinin sayını razılaşmada göstəriləndən dəfələrlə artıq saya çatdırır və sülhməramlı adıyla bir araya sığmayan saysız-hesabsız əməllər törədir.

    Ancaq buna baxmayaraq, Azərbaycan xalqı və dövləti 27 sentyabr-10 noyabr aralığında özünün ölçüləri, dünyadakı güclər nisbəti, geosiyasi maraqların toqquşması və s. nəzərə alındıqda, 86.6 min kvadrat metrlik ərazisi(onun da 20 faizi işğalda idi) və 10 milyona yaxın müsəlman əhalisi ilə, hazırda eyni ölçülərə malik heç bir dünya ölkəsinin(İsraili saymasaq-red.) edə bilməyəcəyini etdi. Və bu gün dövləti sona qədər getməməkdə, qələbəni başa çatdırmamaqda günahlandıranlar ən azı qeyri-səmimidirlər. Çünki bu nailiyyət ordumuzun misilsiz şücaəti, əzmkarlığı, qəhrəmanlığı ilə yanaşı, həm də bizim bildiyimiz və bilmədiyimiz siyasi, geopolitik sədlər aşılaraq, gərgin müzakirələr, qarşıdurmalar, hətta olduqca təhlükəli risklər göz altına alınaraq əldə olunub...

    Yeni 27 sentyabrlara hazır olan xalq və dövlət

    Mixeil Saakaşvili Ukrayna televiziyasına açıqlamasında Azərbaycan Prezidentilə bir dialoqunu xatırlatmış və ölkə başçısının Gürcüstan və Azərbaycanın ortaq problemi olan işğal olunmuş torpaqların azad edilməsiylə bağlı ona söylədiyi bir fikrini vurğulamışdı: ”Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hazırlaşmalı, hər gün hazırlaşmalıyıq...” 



    Bunu üzərindən neçə illər keçməsinə baxmayaraq, Saakaşvili unutmayıb, heç kim də unutmalı deyil. Çünki belə 27 sentyabrlar tariximizdə yenə olacaq. Könül istərdi ki, olmasın, şəhid xəbərləri gəlməsin, qan tökülməsin, enerjimiz, imkanlarımız orduya, savaşa, silaha yox, iqtisadi və sosial inkişafa, elmə, təhsilə və s. xərclənsin. 
    Ancaq təəsssüf ki, yerləşdiyimiz region, bir tərəfdən böyük güclərin imperiya maraqları, digər yandan Ermənistan kimi qeyri-adekvat və xəstə təxəyyüllü qonşumuzun olması onu deməyə əsas verir ki, Cənubi Qafqazda istədyimiz və gözlədiyimiz aydın səma, sülh, əməkdaşlıq, qan-qadasız birgəyaşayış erası o qədər də yaxında deyil. Bu səbəbdən istənilən yeni savaşa, yeni 27 sentyabra hazır olmalıyıq – bu dəfə məğrur, qalib və yenilməz xalq və dövlət kimi!

    Cəlal Məmmədov

    Oxunub: 1 257
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.