"İrəvanda hesab edirdilər ki, “atışmalar” 5-6 gün davam edəcək" - İqor Korotçenko

Bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, bu təxribatın planı Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən 2020-ci ilin avqustunda hazırlanıb və təsdiqlənib.
“İrəvanda, Ermənistan tərəfinin başladığı qarşılıqlı “atışmaların” beş-altı gün davam edəcəyi, bununla da sona çatacağı, Ermənistanın isə bir daha “cəsarətli şücaət və güc” nümayiş etdirəcəyi düşünülürdü. “Qopnik”lər (quldurlar - red.) qorxutmaq istəyəndə belə edirlər.
Ermənistan Azərbaycanı “tonusda” saxlamaq istəyirdi. Bakı buna cavab olaraq təxribatçının tam cəzalandırılması barədə qərar qəbul etdi – “Dəmir yumruq” əks-hücum əməliyyatı ən qətiyyətli hədəflərlə başladı. Artıq beşinci gün Ermənistan Müdafiə Nazirliyi qoşunların mərkəzləşdirilmiş idarəetməsini itirdi. 44 gündən sonra Ermənistan ordusu darmadağın edildi, İrəvan kapitulyasiya etdi”, - deyə İ.Korotçenko sözlərini yekunlaşdırıb.
Oxunub: 283
Xəbəri paylaş
Paylaş: