Yeni qanun:
Putinin səlahiyyətləri artırılır
Rusiya Dumasına regional hakimiyyətlər haqqında qanun layihəsi təqdim edilib.
Rusiya KİV-i xəbər verir ki, qanun layihəsi qəbul olunacağı halda qubernatorlar üçün təyin edilən iki müddətlik seçki dönəmi məhdudiyyəti ləğv olunacaq. Qubernatorlar bundan sonra subyekt rəhbərləri olaraq adlandırılacaq. Onların fəaliyyət müddəti isə 5 illik olacaq.
Qanun layihəsi həmçinin region başçılarının prezident tərəfindən istefaya göndərilməsi ilə bağlı əsasları da genişləndirir. Yeni layihəyə əsasən, istefaya göndərilən qurbernator 5 il ərzində subyekt rəhbəri vəzifəsinə iddialı olmayacaq.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: