İraq və Küveyt neftin qiymətini aşağı salır
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, İraq “Basrah Light” markalı neftin aprel fyuçerslərinin bir barelinin qiyməti qiymətini 5 ABŞ dolları endirəcək. Küveyt isə neftin bir barrelini Asiyaya 6 ABŞ dolları aşağı qiymətə satmağa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti “Arab Light” markalı nefti Avropanın şimal-qərbindəki neftayırma zavodlarına 8 ABŞ dolları ucuz təklif edib.
Belə ki, Amerikadan olan alıcılar üçün növbəti aydan bütün növ neftin qiyməti 7% azalacaq. Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün 1 barel neftin qiymətində 6-8%, Asiya ölkələrində 4-6% endirim olacaq.