Ata Abdullayevin işi məhkəməyə GÖNDƏRİLDİ

Həbsdə olan bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.
Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib./modern.az

Oxunub: 355
Xəbəri paylaş
Paylaş: