General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib
Bəkir Orucov
Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.
Report-un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmər əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib.
Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: