Gürcüstanda saxta aksiz markalar satan Ermənistan vətəndaşı saxlanılıb
Gürcüstanda külli miqdarda saxta aksiz markalar satan Ermənistan vətəndaşı saxlanılıb.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs Tbilisidə alkoqollu içkilərin etiketlənməsi üçün 3 051 ədəd saxta aksiz markasını 2 700 ABŞ dollarına satıb.
Faktla bağlı istintaq aparılır. Ermənistan vətəndaşını 4 ildən 6 ilədək həbs cəzası gözləyir.
Oxunub: 207
Xəbəri paylaş
Paylaş: