Eldar Həsənovun məhkəməsində səfirliyin sabiq maliyyə mütəxəssisi dindirildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azər Şamilzadə ifadə verib.
Bildirib ki, 2010-2012-ci illərdə Azərbaycanın Serbiyadakı səfirliyində maliyyə mütəxəssisi vəzifəsində işləyib.
O deyib ki, işlədiyi dövrlərdə səfirliyin bütün xərcləri E.Həsənovun göstərişinə əsasən köçürmə ilə aparılıb.
Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Oxunub: 324
Xəbəri paylaş
Paylaş: