Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Ermənistanın çirkin əməlləri bütün müsəlman dünyasına qarşı cinayətdir" - İlham Əliyev
  • Azərbaycanda uşaqları dini etiqada məcbur etmək qadağan edildi
  • Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI
  • İRANDA ETİRAZLAR TƏBRİZƏ SIÇRADI... - "Azərbaycan!" şüarı /VİDEO
  • Parlament seçkilərinə rəsmən qatılan siyasi partiyaların sayı 15-ə çatıb
  • "Bu gün Azərbaycanda fəallaşanlar sadəcə "iranpərəst"lər yox, konservasiya edilmiş hizbullahçılardır"

    • Tarix: 30-09-2021, 19:00

     Araz Qurbanov,
    Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı

    «Azərbaycan İslam Partiyası» sədrinin müavini Hacı Akif və politoloq Vaqif Hüseyn arasında təşkil edilən canlı debatı maraqla izlədim. Canlı debatı təşkil edən Müsavat qəzeti qonşu İranın Azərbaycana qəzəbini «irançılıq türkçülüyə qarşı» prinsipi ilə əlaqələndirir. Bu fikirdə həqiqət vardı. Lakin digər və daha dərin səbəblər də mövcuddur.
        
    Bu gün Azərbaycanda fəallşanlara "iranpərəst"deməyin. Onlar uzun müddət konservasiya edilmiş hizbullahçılardır.
    Azərbaycanın böyük qələbəsindən sonra məğlub Ermənistanı dəstəkləyən dövlətlər Azərbaycanda ictimai-siyasi sabitliyin, iqtisadi yüksəlişin formalaşmasında qətiyyən maraqlı deyillər. Onlar ölkəmizdə yeni gərginlik ocaqlarının, etnik, dini və ya məzhəblərarası qarşıdurmaların yaranmasında maraqlıdırlar. Etnik, dini məsələlərin, sünni-şiə «qarşıdurmasının» səbəbsiz gündəmə gətirilməsi, bu mövzuların mətbuat və sosial şəbəkə vasitəsilə ictimai dövriyyədə saxlanılması cəhdləri göz qabağındadır. Lakin bu məsələni hətta üzdən araşdıranda belə yenidən «quyruq məsələsi» ortaya çıxır. Amma bu dəfə «şirin» deyil, xoruzun quyruğu görünür…
        
    Əvvəlcə Hacı Akifin təmsil etdiyi «Azərbaycan İslam Partiyası» (AİP) haqqında. Bu təşkilat indi də qeyri-qanuni fəaliyyət göstərməkdədir. Onun qeydiyyatı hələ 90-cı illərin əvvələrində ləğv olunmuşdur. Azərbaycan Respublikasınının qanunvericilik aktlarına görə etnik və ya dini zəmində siyasi partiyaların yaradılması qadağandır. Bu məsələnin bir tərəfidir. 

    Yəqin Hacı Akifin xəbəri yoxdur ki, 1990-cı ildə AİP Azərbaycanda Hizbullahın qanadı kimi yaranmışdı. Bunu İİR-in xeyrinə casusluq fəaliyyətndə ittiham olunmuş AİP rəhbərlərinin məhkəmə prosesində partiya funksionerləri də etiraf etmişlər. 

    1992-ci ildə Tehranın «Mərmər» hotelində adıbəlli SEPAH-ın generalı Hacı Mənsur Həqiqətpur (hazırda İran parlamentinin deputatıdır) onları məxfi əməkdaşlığa cəlb etmişdir. Onlar Azərbaycanda islam inqilabının baş qaldırması, İİR-də qeyri-qanuni dini təhsil alan gənclərin bu prosesə qoşulması, Azərbaycanın hərbi hissələri, mövqeləri, strateji neft, elektrik, qaz xətləri, dövlət məmurlarının ünvanlarının əldə olunması və s. barədə tapşırıqlar almışlar… 

    Elə Hacı Akifin Azərbaycanın bütün dindarlarını nədənsə «islamçılar» adlandırması da həmin illərin terminoloji ənənəsinin qalığıdır. Onu da yada salmaq istərdim ki, Azərbaycan Respublikası Konstitusiyasında dinin dövlətdən ayrı olmasına dair müddəaya etiraz əlaməti olaraq, 1993-cü ildə Qum şəhərində etiraz mitinqi keçirilmiş və Azərbaycanın dövlət bayrağı yandırılmışdır. Həmin mitində «Azərbaycan İslam Partiyasının» rəhbərləri də çıxış etmişlər. Görəsən, Hacı Akifin bundan xəbəri varmı?
     
    Azərbaycanın qələbəsindən, öz ərazilərini erməni işğalçılarından təmizləməsindən sonra İran, futbol termini ilə desək, «oyundankənar vəziyyətə» düşdüyünü və bunun gerçək səbəblərini yaxşı anlayır. Dərk edir ki, otuz il ərzində İran-Azərbaycan və İran-Ermənistan münasibətlərində «karusel siyasəti» yürütməsi, rəsmi İrəvanı hərbi-texniki, maliyyə-iqtisadi baxımdan açıq dəstəkləməsi, bununla da regionda həlledici sözə malik dövlət iddiasına düşməsi, Azərbaycanla əlaqələrində dəfələrlə qeyri-səmimilik nümayiş etdirməsi nəhayət ki, ona «qırmızı kartın» göstərilməsi ilə nəticəllənmişdir. 
    Bununla da İİR regionun yeni siyasi mənzərəsinin, yeni əməkdaşlıq formatının yaranması prosesindən kənarda qalmışdır. Onun bütün səylərindən, hədələrindən, əzələ nümayişi cəhdlərindən məqsəd itirilmiş mövqeyini və nüfuzunu bərpa etməkdir. 

    İranın Azərbaycan Respublikası ilə  sərhədlərində hərbi təlim keçməsi isə «mən də burdayam, mənimlə də hesablaşın» deməkdir. İkincisi, İİR rəsmiləri açıq danışmasalar da, «Dağlıq Qarabağın» statusu məsələsində, ən pis halda Azərbaycanın bu bölgəsində yaşayan ermənilərə muxtariyyət verilməsində Ermənistanın açıq və gizli havadarları hətta düşmən hesab etdiyi dövlətlərlə eyni mövqe nümayiş etdirirlər. Onlar da Azərbaycan Respublikası ərazisində gərginliyin, münaqişə zonasının daim saxlanılmasında, bu amildən xarici siyasi təzyiq vasitəsi kimi istifadə olunmasında maraqlıdırlar. 

    Qeyd edim ki, ötən illərdə Ermənistanın və Rusiyadakı separatçı təşkilatların ortaya atdığı sərsəm ideyanı - Azərbaycanın federativ dövlət olması və etnik baxımdan regionlara bölünməsi fikrini dəstəkləyənlər arasında iranlılar da vardı. Azərbaycan ərazisindən indiyədək İrana qarşı istifadə olunmasa da, rəsmi Tehran əmindir ki, Azərbaycanın güclü, monolit dövlət olması İranın daxili proseslərinə təsir edə bilən örnəkdir. 

    Bir daha xatırladım ki, İİR-in Azərbaycandakı diplomatik nümayəndəliyini hələ də rəsmi olaraq «İran İslam Respublikasının Bakıdakı səfirliyi» adlandırması deyilənlərə kiçik bir misaldır. 
    Biz hələ «müsəlman qardaşlarımızın» erməni işğalı altında olan ərazilərdə bütün yaşayış binalarının, su borularının, elektrik dirəklərinin sökülüb İrana daşıması barədə susuruq. 
    Halbuki, bu talan İran sərhədçilərinin gözü qarşısında və İran rəsmilərinin razılığı ilə baş vermişdir. Onu da bilirik ki, 44 günlük müharibə ərzində İran bəzi maraqlı dövlətlərin özəl hərbi kampaniyalarının döyüşçülərinin-muzdluların, terrorçu təşkilatların üzvlərinin təyyarələrlə Suriyadan Ermənistana daşınması üçün hava məkanından istifadə etməyə razılıq vermişdir. Müharbə ərzində isə İranın avtomobil karvanları erməni qardaşlarına yaldım üçün fasiləsiz silah-sursat daşıyırdılar….
     
    Eyni zamanda, 90-sı illərin əvvəllərindən etibarən narkotik maddələrin məhz İran ərazisindən məqsədli şəkildə Azərbaycana daşınması, hazırda «şüşə» və «patı» kimi tanınan psixotrop maddələrin hansı dövlətdən və nə üçün ölkəmizə gətirilməsi, vaxtilə 600-dən çox Azərbaycanlı gəncin məhz «Azərbaycan İslam Partiyası» xətti ilə qeyri-qanuni İrana aparılması, Qum şəhərindəki məşhur əl-Mehdi mədrəsəsində «dini dərslər» adı altında onlara anti-Azərbaycan ruhunun aşılanması, hizbullahçı kimi yetişdirilməsi, Azərşəhrdəki hərbi düşərgədə hərbi təlimlər keçməsi, 1992-ci ildə «iranlı hərbi müşahidəçilər» adı altında SEPAH zabitlərinin Azərbaycana gətirilməsi, başıboş yerli məmurların yardımı ilə «tanışlıq üçün» döyüş bölgələrinə müntəzəm göndərilməsi, mövqelərimiz barədə məlumatın isə Bakıdakı Naxçivani küçəsində İİR səfirliyinin icarəyə götürdüyü mənzildən Tehrana və İrəvana ötürülməsi  və s. barədə də hələlik susuruq. 

    Bütün bunlar İranın dini və dünyəvi liderlərinin Azərbaycanla dostluq və qardaşlıq barədə bəyanatları ilə bir araya sığmır. Odur ki, İranın bu gün Azərbaycanı amerikapərəslikdə, israilpərəstlikdə və ya islamofobiyada, «anti-şiəlikdə» ittiham etməsi, Zəngəzur dəhlizinin açılmasına etirazını bildirməsi əslində ucuz siyasi stereotip, primitiv bəhanədir. 
    Halbuki, sirr deyildir ki, bu gün İran qapalı da olsa, həsəd aparılacaq səviyyədə həm Amerika, həm də İsrail ilə geniş əlaqələrə malikdir. 
    Şəxsən mənim üçün Azərbaycan şəhidlərinin ruhuna səmimi dualar edən, göz yaşı tökən yəhudi ravvini, xristian keşişi işğalçı Ermənistanın Qarabağda gəbərdilən, əlləri minlərlə günahsız insanın – müsəlmanların qanına bulaşan erməni dığalarına «şəhid» deyən İran ayətulalarından qat-qat yaxındır. 

    Yeri gəlmişkən, 1999-cu ildə İranın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı təxribatlarından və pozuculuq fəaliyyətlərindən bəhs edən «Səssiz müharibə» kitabım işıq üzü görəndən sonra İİR-in səfirliyi yerli kütləvi informasiya vasitələrinə göndərdiyi bəyanatda söz tapmayıb məni «Amerika imperializminin və İsrail sionizminin agenti» adlandırmışdı… 

    O ki qaldı hacı Akifin müdafiə etdiyi Ərdəbilin imam cüməsi Həsən Amiliyə, burada da gizli heç bir şey yoxdur. Hər bir normal dövlətin öz jirinovskiləri – rəsmi dairələrin açıq deyə bilmədiyi mövqeyi dilə gətirən bambılıları, təlxəkləri olmalılır. Amili də İranın Jirinovskisidir. Ona ağaları nə deyiblərsə, onu da dilinə gətirir. Çörəyi bundan çıxır. Gərək Hacı Akif bu sıraya qoşulmayaydı. Mən də hiss etdim ki, utana-utana danışır… 

    PS: Əbdürrəhim bəy Haqverdiyev «Marallarım» əsərində yazırdı: «Bu iranlılar qəribə millətdirlər. Haraya gedirlərsə, aftafaları ilə konsulları yanlarındadır». 
    Konsulları ilə işim yoxdur, bu siyasi məsələdir. Amma Bakıdakı aftafaları hələ də yanlarındadır. 
    Ən nəhayət, Azərbaycan şirin quyruğu ilə oynamır. Çünki şirin quyruğu «zanitdir» və başqa bir dövlətin əlindədir. Bir də kül o şirin başına ki, quyruğunu ələ verir…

    Oxunub: 325
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.